Üz allanır, dil ballanır,Qızın gəlhagəl çağıdı.Göz süzülür, baxış yanır,Nazın gəlhagəl çağıdı.

Bir eşqin oduna düşüb,Meyli bir qadına düşüb,Gözəllər yadına düşüb,Sazın gəlhagəl çağıdı.

Bülbül coşub, bağa sığmır,Nəğmələr dodağa sığmır.Qönçələr budağa sığmır,Yazın gəlhagəl çağıdı.

2007, mart

Bir tüfəngin lüləsindən,çıxan güllədir,Məzar adlı bir hədəfəatılan ömrüm.Acıdımı, şirindimi,bilmirəm nədi,Zəhərlərə, şərbətlərəqatılan ömrüm.

2007, mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов