Çatdırar
Ulu tanrı xoş nəzərlə baxanda,Vədəsində canı cana çatdırar.Xoşbəxtliyi Allah özü göndərər,Bir günə yox, bircə ana çatdırar.
Qəlbin dostu, könüllərin yarıdı,Məhəbbətin meyvəsidi, barıdı.Öz işində hər şair bir arıdı,Uça-uça balı şana çatdırar.
Haqq yolunda ipə dönüm, incəlim,Halal sözün havasında dincəlim.Ay Zəlimxan, saf ürəyim, dinc əlim,Bir gün məni yaradana çatdırar.
2006, may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-catdirar
Клавиши ← → для перехода, R — случайное стихотворение