Diri-diridərisini soyarlar,Əngəl olardil başına şairin.Şimşək vurar,dolu döyər, qar basar,Oyun açarsel başına şairin.

Sərt inadıqayaları oynadan,Təmiz eşqiçeşmələri qaynadan.Paltarını nimdaşgörüb, ey nadan,Gül üstünə,gül başına şairin.

Ruhumuzun kitabınadönəcək,Əzabkeşin əzabınadönəcək.Bir gün xalqın kitabınadönəcək,And içəndəel başına şairin.

İşıq olubulduzlardan ələndi,Çiçək olubminbir rəngə bələndi.

Ey ağılsız,peyğəmbərdən gələndi,Ağıl qoyma,gəl, başına şairin.

Parçalayar daş zindanı,qəfəsi,Haqq veribsə, şər batırmazbu səsi.Yerdən çıxsa bulaq kiminəğməsi,Göydən yağar gül başınaşairin.

Yazıqlaşıb qorxa-qorxadinirsə,Bircə əsim sərt küləkdənsönürsə,Zirvəsindən bircə barmaqenirsə,Kül başına,kül başına şairin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов