Cavidin qız balası
Turan Cavidə
Onda lap uşağıydı,Uşaq ağlı dünyanı təzə-təzə kəsirdi.Bəxtinə qənim olan,Acı yellər yoxuydu,Dəli sellər yoxuydu,Başının üstündən yaz küləyi əsirdi.Onda hələ yoxuydu saçlarının gümüşü,Onda ətir saçırdı dodağının gülüşü.Çöldə, bağda, bağçada qayğısız uşaqlığı,Evdə ata əlinin sığalı, yumşaqlığı.Böyüdürdü körpəni hər gün qəmsiz, kədərsiz,Yumruq boyda ürəkdə sevinc vardı qədərsiz.Tanımırdı həyatda nə nisgili, nə yası,Cavidin qızılgülü,Cavidin qız balasıl
Gözü-könlü, dünyası min bir diləklə dolu,Ürəyi saf şeirlə, şeiri ürəklə dolu,Ata varıydı, atalÇağırırdı qızını,Nurlu bir gələcəyə, işıqlı bir həyatalTuran qoymuş olsa da körpəsinin adını,“Nənəsim” — deyə-deyə,Öpər, əzizləyərdi, oxşardı övladını.Turan da həvəsindən sığışmazdı aləmə,Ürəklər şad olanda sevinc gəlməz qələməlSəsdən qüvvət alardı, sözdən xumarlanardı,Gülün ləçəyi kimi,Ata-ana əliylə tez-tez tumarlanardı.
Min arzuyla açardı hər açılan səhəri,Xəyalın qanadında,Uçardı gələcəyə,Dumanlı sabahından,Ağır gələcəyindən olmasa da xəbəri.
Körpə hardan biləydi gələcək nə cür gəlir,Rahat gəlir, kür gəlir?Körpə nə biləydi ki,Ata əlindən tutub məktəbə getməyi də,Məktəbdən gəlməyi də,Küsüb ağlamağı da, danışıb gülməyi də,Əsl səadət imiş, əvəzsiz bir səadətlKörpə nə biləydi ki,Qapının ağzındaca,Güdür onu faciə, pusur onu fəlakət.Körpə nə biləydi ki,Həyatın yollarında xeyir varsa, şər də var.Atalı günlər kimi,Onun tale payında atasız günlər də varlYaşayırdı hələ ki,Gözləri göz yaşından, könül qəmdən xəbərsiz,Baxışlar çən-dumandan, yanaq nəmdən xəbərsiz,Ürək ahdan, amandan, can sitəmdən xəbərsiz.
Evlərində hər gecə yanan işıq varıydı,İşığın yaratdığı bir yaraşıq varıydı.Evlərində hər gecə yanan ocaq varıydı,Bu ocağın başında,Xalqına şöhrət olan,Əvəzsiz bir xəzinə,Tükənməz nemət olan neçə qonaq varıydılBurda Şaiq əyləşər, Əhməd Cavad gələrdi,Müşfiqin gəlişiyləDeyilən hər kəlməyə təzə həyat gələrdilƏsəblər gah dincələr, gah da ki gərilərdi,Xoş arzular bağından meyvələr dərilərdi.Qanadlar açılardı,Duyğular saçılardı.Bunları görə-görə, bunları duya-duya,Gah dalardı xəyala, gah gedərdi yuxuya.Şeirlə yatar, durar, sözlə əzizlənərdi,Damla boyda sevinci coşub dənizlənərdilŞahbudağın qönçəsi, göy çəmənin lalası,Cavidin sonbeşiyi, Cavidin qız balasıl
Gecənin bir aləmi qapıları döyüldü,Yox, deyəsən bu xına o xınadan deyildi.Gələnlər kimlərdisə qonağa oxşamırdı,Onda vaxt eləydi ki,Bircə səsdən ürəyə min bir şübhə damırdılAdam yeyən əlindən,Qapı döyən əlindən evlər gələrdi təngə,Hər gecə ağız açıb,Dönərdi əfdahaya, çevrilərdi pələngəlGirərdilər içəri,Baxışları buludda,Dodaqları sükutda,Üzü boz, sifəti sərt,Başdan-ayağa namərd!Evyıxan, buyruqqulu,Gəlsə elə gələrdi,Kimi yatmış olardı,Kimi yarıyuxululHəyatın düşmənləri,Həyatın dostlarına neçə qəbir qazdılar,Ayılıb düşünənə ölüm hökmü yazdılar.Bu fürsət yoxsulları,Yatanı ayılmağa ömründə qoymazdılarlGecələrin birində,Bax beləcə döydülər qapısını şairin.
Bu zaman yan otaqda yatırdı şirin-şirin,Açılan sabahından ağır zərbə alası,Şairin ər çiçəyi,Cavidin qız balasıl
İllər tufana döndü, çaxdı ildırım kimi,Sinələr dərd əlində açıldı şırım kimi.Döyülməzdi, döydülərlƏyilməzdi, əydilərlBəlkə də həqiqətinKökünü kəsərdilər,Alçaqlar ucalarla bacara bilsəydilərlşimşəklər şığıyanda,Söyüd qaldı kölgədə,Palıd qaldı kölgədə, zərbə palıda dəydi,Namərd yana çəkildi, mərdə min qada dəydilHər qasırğa qopanda neçə gəmi batırdı,Hər dalğanın içində bir əfdaha yatırdılO yedikcə insanı, dişində şirə qaldı,Ağrı, nisgil, intizar, acı xatirə qaldıl37-ci ildənSonra gələn illərə,Ağrı, nisgil, intizar, acı xatirə qaldılDağdan bir qaya kimi qopardılar CavidilGecələrin birində apardılar CavidilNələr gördü dünyadan gözü eynəkli Cavid,Nadanlar tənəsindən qəlbi göynəkli CavidlSıxdı şair qəlbini qara əllər, pəncələr,Başladı, nə başladı əzablar, işgəncələrlBöhtan işini gördü,Tufan işini gördü, şair getdi sürgünə,Həqiqət çox can atdı,Çıxammadı bir yana, çıxammadı bir günə.Yağış kimi, qar kimi dərd üstə dərd ələndi,Xəyanət taxta çıxdı, həqiqət pərdələndilOnda beləydi dünya,Yağlı dillər varıydı, qırx qazana çalasılNə çəkdi dildən çəkdi,Fitnədən, feldən çəkdi.Cavidin ərköyünü,Cavidin qız balasıl
Şair getdi sürgünə,Neçə yarımçıq qalan əsərindən nigaran,Canı qədər sevdiyi,Kitabından nigaran, dəftərindən nigaranlArxasının dayağı bir oğuldan nigaran,Hələ tələbə olan Ərtoğruldan nigaran.Ömrünün yaraşığı Müşkünazdan nigaran,Gözlərinin işığı dərdli qızdan nigaran)Nigaran getdi Cavid yurdundan, yuvasından,Ürəyi şan-şan oldu ayrılığın yasından.Nöqtəsi qoyulmamış neçə əlyazması var,Onların hər birində,Dünya boyda sevinci, dünya boyda yası var.Düşündü öz-özünə:“Görən “Xəyyam” bircə yol səhnəyə çıxacaqmı?“Telli saz”ım, “Knyaz”ım mənsiz darıxacaqmı?Görən “Topal Teymur”aYenə toxunacaqmı ağlı, qəlbi çolaqlar?Yenə vurulacaqmı,Əsl bar ağacına cır meyvədən calaqlar?Uçurumdan yazırdım,Qismətə bax, özüm də uçurumlar qaşındayamlƏlli yaşı keçmişəm, yüz əlli yaşındayam”.Yaman sıxdı Cavidi amansız düşüncələr,Bir şair ürəyində daşınan qayğıları,Qarlı bir dağa yığsan dağ yanar, daş incələrlDüşündürür şairi əlyazmalar, kitablar,Gündən-günə çoxalır,Ruhunda çırpıntılar, qəlbində iztirablar.
Suallar yığın-yığın,Kimdən soruşmaq olar, sükutdadır cavablarlŞair getdi qatarda işıqdan qaranlığa,Ömrü-günü tuş oldu böyük nigaranlığa.Turan öz atasını tez-tez görür yuxuda,Hey çağırır, yalvarır,Haraya yetmir Allah, köməyə yetmir XudalNə qədər ömrü var,Yollara göz dikəsi, fikri yolda qalası,Şairin ümid yeri,Cavidin qız balasıl
Arabir məktub gəlir,Dünyanın o başından dünyanın bu başına,Müşkünazın adına — yarına, yoldaşınalKağızlar parça-parça, sətirlər qırıq-qırıq,Yazanın yazısında,Görüşməyə bir ümid.Oxuyanın qəlbində fəryad, nalə, hıçqırıq.Hər məktubun sonunda,Turanını tapşırır yeganə qardaşına,Evdən gedən nə bilsin,Evdə qalan nə bilsin nələr gəldi başınalArabir məktub gəlir,Məktubun üzərində ünvan: MAQADAN-BAKIIHəsrətdir, intizardır,Hər sözün qəlbindəki, hər sətrin başındakı.Sahibinin göz yaşı, könül səsi olsa da,Ümid, təsəlli vermək vəzifəsi olsa da,Məktub insan deyil ki, nəfəsi yox, canı yox,Danışmağa qüdrəti, dinməyə imkanı yoxl
Buz oldu ata yeri,Bəllidi xata yeri.Məktublar selə dönsə,Heç verməz ata yeri.
Ən böyük dəhşət nədir?Əziz bir adamının,Yollarına göz dikib intizarla gözləməklEşqini ürəyində,Adını dodağında,Yaralı bir ney kimi oxşamaq, əzizləməklƏn böyük dəhşət nədir?Ovu ələ keçməyən,Yorğun ovçular kimi,Yolu, izi, cığırı izlədikcə izləməklBirən gəlib-keçəndə,“Xəbərim olmaz” — deyib yolları təmizləməklDərdin dağ ola-ola,Nə yaxına, nə yada,Ürəyini açmamaq, kədərini gizləməklƏn böyük dəhşət nədir?Tənhalığın əlində,Saniyənin saata, ayın ilə dönməsilOcağın ola-ola,Üşüməyin, donmağın,Günəşin ola-ola işığının sönməsilƏn böyük dəhşət nədir?Bir insan ömrü qədər həsrətin uzanmasılArzuların puç olub, ümidlərin yanmasılNisgilli baxışların qapıya dikilməsilTəbəssümün, gülüşün,Yağlı bir əppək olub göylərə çəkilməsil
Mən aşıq, gözdə qara,Sürmədən göz də qara.Yollarına baxmaqdanQalmadı gözdə qara.
İlk dəfə kim oxuyub görən bu bayatını,Silkələyib naləsi göyün yeddi qatını.
Oğulumu çağırıb,Qardaşımı,Ərimi?Dünyanın bir bu qədər çəkilməz dərdi varsa,Nə yaxşı qoca dağlar gilə-gilə ərimir?Bu dərdi çəkə-çəkəDirsəkləri dizində,Əlləri çənəsində,Zaman-zaman düşünüb xəyallara dalası,Cavidin həsrətlisi,Cavidin qız balasıl
Ağrılar ayağında, sərt tufanlar başında,Cavid köçdü dünyadan yaşamalı yaşındalQazdılar məzarını,Doğma torpağında yox,Sibirin sinəsində, Sibirin sərt qışında.Dərdindən, dərmanından xəbərimiz olmadı,Sızıldayan canından xəbərimiz olmadıl“Sızıldayan” sözünü deyən düz işlətmədim,Cavid bir kişi kimi,Kişilərdən danışdı,Kişilik haqda yazdı.O ölüm ayağında heç vaxt sızıldamazdılCavidim can verəndə,“Vaxtın tamamdır”, — deyib,Ölüm fərman verəndə,Dilində kəsik-kəsik,Doğranan sözlərindən xəbərimiz olmadılGöməşən ayağından,Göynəyən dizlərindən xəbərimiz olmadılAllah tutdu elə bil,Gözümüzü bağladı,Tutulan gözlərindən xəbərimiz olmadılÜrəyindən nə keçdi, son nəfəsdə, son anda,Kim yetişdi hayına,Qarın, buzun içində üşüyəndə, donandalQəmli-qəmli baxanda qırılmış qanadına,Kimləri xatırladı, kimlər düşdü yadına?Kim keçdi xəyalından — dostumu, düşmənimi?Kim oldu xoşbəxtliyin qapısını bağlayan,Kim oldu ağ günlərin qaniçəni, qənimi?Yetişən olmasa da harayına, ününə,Bakını xatırlayır,Doğma Naxçıvan gəlir gözlərinin önünə.Gör neçə illər keçib, Bakıdan xəbəri yoxlAzərbaycandan ayrı axşamı, səhəri yoxlAzərbaycanın necə,Görən varmı xəbəri, oğlu Cavid hardadı?Gecə-gündüz xəyalı göylərlə qucaqlaşan,İlhamı aşıb-daşan,İstedadın sahibi azaddır, ya dardadılCavid can üstündədir, qalıb darda çırpınır,Özü harda keçinir, fikri harda çırpınır.Sualların hər biri əlçatmaz dağa dönür,Bəxtinə yağış yağır, gözü bulağa dönür.Düşünür, hey düşünür,Görən, Turan həkimlik məktəbinə girdimi?Ərtoğrul məktəbini,Arzu etdiyitək əlaçı bitirdimi?Görəsən, harda qaldı Müşkünazın axırı?Onun çiyninə düşdü qayğıların ağırı.Görən, yenə vədəsiz döyülürmü qapılar?Hər döyülən qapının gecələr arxasında,Neçə könül yarılar, neçə könül çapılar?Çəkir sorğu-suala,Yerdəki bəndəsini, göydəki Allahını,Biləmmir təqsirini, biləmmir günahınılBuluda qarışdırır,Canının yanğısını, ürəyinin ahını,Tapammır günahınılQarışıq salıb daha,Dumanlı keçmişini, qarışıq sabahını,Tapammır günahınılCavid atal Bağışla, mən deyim günahını,Sən doğru danışdığın sözün günahkarıydın.Əyrilər tanıyırıq,Lap bu gün də yaşayır,Sən isə həqiqətin, düzün günahkarıydınlNəydi bəs Nəsiminin suçu, günahı nəydi?“Ənəlhəq” söylədiyi bir kəlmə sözün üstə,Cəllad xətrinə dəydi, zaman qəlbinə dəydi.Cordano Brunonu alovun qızıl dili,Böyük əqidəsindən əyə bilmədi qəti.Lap bu gün də yaşayır,Sabah da yaşayacaq Qaliley həqiqətilHeç vaxt barışa bilmir həqiqətlə xəyanət,Xəyanətin önündəKişiyə bir şey qalır: mərdlik, dözüm, dəyanətlCavid atal Heyif ki,Özün görə bilmədin,Aldın bəraətini 56-nın yazında.Döndün şeirə, nəğməyə,Şairlərin sözündə, aşıqların sazında.İnandığın həqiqət,Axır ki, üzə çıxdı, haqqın səsi batmadılBu günləri görməyə heyif, ömrün çatmadılGözümüzün önündə,Xalqın dostuna döndü “xalq düşməni” olan kəs,Sən bir də təsdiqlədin,Öldürəmmir şairi,Susdurammır nəğməni nə sürgün, nə də məhbəslNə yaxşı ki, həyatda,Can torpağa dönsə də, ruh, ölmür, nəfəs ölmürlYaddaşlara yazılır, nəğmə susmur, səs ölmürlGedən gedir dünyadan,Qalanın ürəyində məhəbbət, həvəs ölmürlDərd didərgin salsa da bir yenilməz ordunu,Vurub dağıda bilməz sənətkarın yurdunulƏsl sənət oğlunuVaxtsız öldürsələr də,Onun ölümsüzlüyü bir yerdən nişan verərl“Könül var ki, alov kimi vulkan saçar hər yana,Haqq söyləyən ilhamları ölmüşlərə can verərlBir gün onu söndürüb də anarlar yana-yana,Yalnız sovrulmuş külləri məzarlara şan verərl”Dözülməz təhqirlərə sinəsi hədəf oldu,Cavid özü demişkən,Öldü, ölümüylə də torpağa şərəf oldu.Turan ata yurdunun ocağıdı, qorudu,Atasının adını təhqirlərdən qorudu,tənələrdən qorudu.Oldu ismət qalası,Oldu qeyrət qalası.Cavidin cəfakeşi,Cavidin qız balasıl
Uddu Ərtoğrulu da bir gün qanlı cəbhələr,Tanımasın dünyada,Heç kəsin qapısını acı rüzgar, bəd xəbərlTanıdısa — qəlbini pencər kimi sıxacaq,Gəlib-gedib axır ki, axırına çıxacaqlƏrtoğrulu həyatdan,Faşistin süngüsü yox,Düşmənin gülləsi yox,Ciyərində kök atan ağrı, vərəm apardılDaşıdığı ağır yük, çəkdiyi qəm apardılDəmir deyil, daş deyil,Buna ciyər neyləsin, buna ürək neyləsin,Min dərd hücum çəkəndə bir adam tək neyləsin.Cavid kimi atanı itirmək asandımı?Məlhəmsiz yaraların ağrısı susandımı?
Ata faciəsini,Ana fəlakətini,Bacı sızıltısını,Qardaş müsibətini,Ellərə yaymaq üçün,Açmışam ürəyimi, vermişəm qələmə sirr,Yazmağı bacarmıram, əlimdə qələm əsirlTez getməsə həyatdan Ərtoğrul ər olardı,Möhnətə sinə gərib dərdə çəpər olardı.Rəssam ola bilərdi,Dünyanı naxış-naxış bəzəyərdi fırçası,Yaratdığı lövhələr,Olardı təbiətin bir müqəddəs parçası.Şair ola bilərdi, misralar dolu, dəli,Yazdığını yazardı inamlı, əqidəlilEnərdi şeirimizdə enilməyən qatlara,Uçardı, güvənərdi qırılmaz qanadlaralÜzeyirin, Bülbülün istəklisi, əzizi,Bir bəstəkar olardı,Səsi səslər içində həmişə var olardılÇox şey ola bilərdi,Od üstünə qar yağıb keçməsəydi gur ocaq.Ərtoğrul bu həyatda,Bir çaxım şimşək ömrü yaşaya bildi ancaqlBacılar çəkə bilməz, qardaş dağı yamandır,Qardaşsız bacıların qəlbi qırıq kamandırlAta dərdi azıymış,Turan gördü indi də qardaşının dağını,Dilində dağ elədi can yandıran ağını.
Bu ocağa gəlin gəlməz,Vayım dönməz toya, qardaşlBir həsrətdi, bir də mənəm,Vermişik boy-boya qardaşlBu ocağın qızı köçməz,Zəhər içən şərbət içməzlBu dünyanı gözüm seçməz,Çatan olmaz hoya, qardaşlAyrılıq, dərd, həsrət, zülüm,Söndü odum, qaldı külüm.Məni də aparar ölüm,Bəlkə gözü doya, qardaşl
Səhəri axşam oldu, gündüzü zülmət gecə,Bu dözülməz itkiyə,Bu çəkilməz ağrıya,İyirmi yaşlı bir qız necə dayansın, necə?Ömrü boyu dünyada qəm sazını çalası,Yurdumun qəmgin qızı,Cavidin qız balasıl
Bir ocağın odunda,İsidərdi qəlbini, qızdırardı əlini,Gəlin ola bilərdi, bir ananın gəlini.Ana ola bilərdi,Çəkərdi körpələrin qayğısını, nazını,Görməsəydi rüzgarın qarını, ayazını.Bir xoşbəxtlik tapardı hər körpənin səsində,Həyat üzə gülərdi ananın nəfəsində.Beşik yırğalayardı, allı-güllü bir beşik,Nəğmələrlə dolardı həyat, baca, ev-eşik.Dilində bala dönər şirin sözlər, kəlmələr,Əziz balalarına layla çala bilərdi.Laylalar qanadında,Səadət uçub gələr, bəxt ucala bilərdi.Dadardı bu dünyanın ləzzətindən, dadından,Alardı təsəllini oğlundan, övladından.Görün nədən danışıram, nədən söhbət açıram,Bədbəxtlik olan evdə xoşbəxtliyin adındanlGedən qardaş qayıtmaz,Gedən ata qayıtmaz.Bu həyatdan gedənlər,Bu həyata qayıtmazl
Baxmaz qıza-oğula,Dönər qəmli nağıla.İstər dünya dağıla,Dünya bata, qayıtmazl
Nə çəkibsə dünyada on dörd yaşından çəkib,Ona elə gəlir ki, on dörd yaşından deyil,Yaranışından çəkiblQəlbini heç kəsə yox, o ancaq qəmə verdi,Sükuta, sakitliyə, yasa, matəmə verdi.Çoxunun ürəyindən arzu kimi keçsə də,O, heç kəsə sevgili, heç kəsə yar olmadılSevgisi buza döndü, eşqi bahar olmadılNiyə bu yolu seçdi, görəsən, Turanımız?Küskün bənövşə kimi boynunu buranımızlBu gün yaşayan nəsil Cavidi görəmmədi,Heç olmasa Cavidin nəvəsini görərdilNəslinin davamını,Cavidin oxşarını, əvəzini görərdil1/Bir də, Turan neyləsin?Keçmişi itən kəsin,Böyük gələcəyinə ümid yeri vardımı?Etiqad yaralanıb, əqidə sarsılanda,Ümidə, təsəlliyə bir imkan qalardımı?
Mən nə hayda, o nə hayda,Məsləhətdən nədir fayda.Fəlakətlər daşan çayda,Üzən xoşbəxt olardımı?
Sirdaş olub hər əzaba,Dönüb bağlı bir kitaba,Göz yaşını qabdan-qaba,Süzən xoşbəxt olardımı?
Gedən gəlməz olan yerdə,Tale gülməz olan yerdə,Dərd dözülməz olan yerdə,Dözən xoşbəxt olardımı?
Kimi sayaq günahkar?Yanaqların gülünü yaş soldurdu, nəm yedi,Ürəyin həvəsini kədər uddu, qəm yedi.Ömrün təravətini,Qəlbin səadətini kim taladı, kim yedi?Qardaş yası saxladı, ata yası saxladı,Qəm onu qucaqladı, o, qəmi qucaqladılBeləcə ömür sürüb,Yavaş-yavaş saralıb, yavaş-yavaş solası,Cavidin cəfakeşi,Cavidin qız balasıl
Həsrət qaldı ömürlük,Dilbər öz Müşfiqinə,Müşkünaz Cavidinə,Şükriyyə CavadınalBu otuz yeddinci il,Silinməz bir ləkədir,İlin, ayın, zamanın ünvanına, adınalNəydi, günahı, nəydi?Neçə qəlbi təmizin, bədbəxtin, günahsızın?Yol gözləyən ananın, gözü yol çəkən qızın?Otuz yeddinci ildə toylar, nişanlar olub,Şadlığın şiddətindən qanı coşanlar olub.Toy şamını yandırıb sevənlər, sevilənlər,Dövran sürmək istəyib,Bu həyatın qədrini həyat qədər bilənlər.Nəsillər arasında salıb təzə körpülər,Gəlib dünya üzünə şirin-şəkər körpələr.Onda da Günəş doğub,Onda da işıq saçıb, nur çiləyib dan yeri,Ocaq kimi alışıb göyün qızaran yeri.Onda da sarı bülbül nəğməsini oxuyub,Onda da yaşıl çəmən xalısını toxuyub.Onda da torpağında açıb qızıl lalələr,Dağların eşqi kimi,Dağlardan saçaq-saçaq tökülüb şəlalələrlBəxtə bax ki, bunların heç biri düşmür yada,37 rəqəmi gözə görünən kimi,Yada düşür ayrılıq, ölüm, sürgün, qan-qadalQəbri, yeri, ünvanı itənlər yada düşür,Bağrımızın başında,Həsrət ağacı kimi bitənlər yada düşür.Elə bil ki, o zaman,Nə insan ürəyində bir damla sevinc olub,Nə könüllər arxayın, nə qulaqlar dinc olub.Səksəkənin, təlaşın,Təhlükənin əlində adamlar gülünc olublGedənlərin hamısı,Quran, yazan, yaradan, cavan olub, gənc olub.Müşfiq bəraət aldı,Cavid bəraət aldılHaqq, ədalət qayıdıb öz yerini tapsa da,Alınan bəraətin,Qayıdan ləyaqətin,Gecikən səadətin,Müşfiqə varmı xeyri,Cavidə varmı xeyri?Hanı Əhməd Cavadın odlu-alovlu söhbəti,Hanı odlu Müşfiqin canlı nəğməsi, şeiri?Dəhşətə bax, dərdə bax,Dərd adlı namərdə baxlBaşına gələnləri yazırsan, varaq yanır,Dinirsən, dil alışır, deyirsən, dodaq yanırlHər sinənin altında,Tüstüsü göz çıxardan,“Ah”dan, “uf”dan yaranmış sönməz bir ocaqyanırlMin illərdir insana sevinc tanış, qəm tanış,Qəm üstündə köklənənBu qoca dünya tanış, bu sirli aləm tanış.Ancaq mənim yazdığım bu qəm o qəmdəndeyil,Təkcə gözə enən çən, saça düşən dən deyil.Qıfıllanmış ağızdı, kilidlənmiş dodaqdırlSusdurulmuş nəğmədir, söndürülmüş ocaqdırlTəhqir görmüş əqidə, zəncir görmüş biləkdirlAğız açan qasırğa, zəhər yayan küləkdirlÜzə dəyən şillədirlQəlbə dəyən güllədirlKəsilən qız döşüdürlTökülən ər dişidiriQan ağlayan anadırlBoyun bükən sonadırlAğı deyən bacıdırlÇəkilməyən acıdırlBuza dönmüş bədəndirlQan rəngində kəfəndirlHər sətri, səhifəsi qan ləkəli kitabdır,Oxumaq da əzabdır, düşünmək də əzabdırlÖləsən, məzarını qazanlar tapılmaya,İtəsən, ünvanını yazanlar tapılmaya,Buna dözmək olarmı?Heç kəs yayına bilməz,Hamı üçün bu dünya sınaqdır, imtahandırlYaxşının da, pisin də son hakimi zamandırl37-yə bax sən,87-ci ildə gəlib imtahan verir,Xəyanət xırıldayır, ölə bilmir, can verirlÜzə çıxır həqiqət,İndi bizə çatır ki,Başçı oyunbaz olub, xalq isə bir oyuncaqlAnalar yuxusunda,Dərd görüb dalğa-dalğa, qan görübqucaq-qucaqlSehrləyib dünyanı, başçı sehrbaz olub,Onun hər göstərişi,Millətin təpəsinə vurulan qapaz olublQarmaqarışıq düşüb adilərlə dahilər,“Allah”a qurban gedib,İstedadı, ilhamı, qüdrəti ilahilər.O qədər qan töküb ki, gözlərini qan tutub,“Xalq atası” xalqınınSaysız oğullarına nə qədər divan tutublYaxşı ki, qışdan sonra gələn bahar varıymış,Yaxşı ki, Günəş görüb əriyən qar varıymış.Yaz gəldi, yavaş-yavaş şaxtanın şaxı sındı,Ədalətin nurundaİsinənlər isindi, qızınanlar qızındı.Tarix uzunömürlü,Tarixi yaradan xalq təmkinli, tədbirlidir.Görür, o, yaxşı görür,Kimin qəlbi təmizdir, kimin qəlbi kirlidir.O izləyir hamının sevincini, yasını,Qoymur, heç kəsdə qoymur heç kəsin qisasınılAna ağladanların ağladır anasını,Şöhrət göyə dəysə də,Dağıdır sarayını, uçurur binasını.Hansı rəhbər “mən” — deyib xalqı salmadı saya,Məzarının üstündə əlçatmaz dağa döndü,“Lənət” — deyə atılmış, yağdırılmış daş-qayalCəllad getdi dünyadan, goru lənət qazandı,Cavid köçdü dünyadan, əbədiyyət qazandılKimin ürəyi daşdı, kimin ürəyi buzdu,Həyatın yollarında kim uddu, kim uduzdu.Zaman göstərir bizəlHaqqı nahaqqa vermir, yaman göstərir bizəlElin bir hikməti var:“Yerdən göyə küp düzsələr,Bir-birinə bərkitsələr,Altından birini çəksələr,Gəl onda gör gumbultunul”
Nə yaxşı ki, o küplərinAltından biri çəkildi.Ədalət qol açan yerdə,Xəyanət geri çəkildi.
Ömür gödək, həyat şirin,Qılınc qanlı, yara dərin.Gəlib çatan xoş günlərin,Nə qədər yeri çəkildi.
Yada düşdü dostum, yadım,Koroğlunu xatırladım:
“Mərd dayanar, namərd qaçar,Meydan — gumbur-gumburlanı.Dəlilərim meydan açar,Düşmən gumbur-gumburlanı.
Top açılar qalasından,Haqq saxlasın balasından.Koroğlunun nalasından,Hər yan gumbur-gumburlanı.”
Hərə bir cür ömür edir bizim ulu dünyada,Kimi onu qocaldır, kimi heç düşmür yada.Hər xalqın, hər millətin,Kişiyə məhəbbəti, nakişiyə nifrəti,İlikdədi, qandadılİllər ötüb-keçsə də,Koroğlu at belində, Həmzə dəyirmandadılZamana heyranam mənlVarı yoxa çevirdi, yoxusa var elədi.Baharı qışa dönən,Zülüm, məşəqqət görən,Neçə insan ömrünü nurlu bahar elədi.Üzməmişdi əlini, bu günə inanırdı,İnanırdı, zamanın hökmünə inanırdı.Yaşamağa, duymağa özünü borclu saydı,Bircə gün yaşamazdı,Cavid gələcəyinə Turan inanmasaydılYaşadı da, gördü də zəhmətinin barını,O qaytardı həyata,Bir ata ürəyinin donmuş arzularını.Ata yadigarıtək,Saxladığı nə varsa,Qoruduğu nə varsa,Əlaların əlasılİgid ömrü yaşadıCavidin silahdaşı,Cavidin qız balasıl
İki dəfə qazıldı bir şairin məzarı,Biri qürbətə düşdü, biri doğma yurduna.41 illik həsrətin inam qırdı belini,Qurtardı intizardan obasını, elini.Göz açdığı torpaqda qucaq açdı yurd onalSibirin sərt yerindən gətirdilər Cavidi,Gül-çiçəyin içində itirdilər CavidilO sitəmli günlərin ağrısını çəkəndə,Dərd onun sinəsini kotan kimi əkəndə,Gözünün giləsində son işartı sönəndə,Bu işıqlı dünyamız,Fikrində, xəyalında qaranlığa dönəndə,Ağlına gələrdimi belə bir gün olacaq,Açılmaz düyünləri açmaq mümkün olacaqlÖzü gəlməyən yerə cənazəsi gələcək,Sükutun ürəyindən,Sakitliyin içindən,“Şair, burdayaml” — deyən haqqın səsi gələcəklAğlına gələrdimi,Qorxudan, qadağadan,Bircə kəsin dilində adı çəkilməyən kəs,Yenə duyan ürəyə, yazan ələ dönəcəkl“Cavidabad” adlanan neçə kəndin, şəhərin,Ürəyinin başında tunc heykələ dönəcək!Ağlına gələrdimi,Onu deyə bilmərəm.Tək onu bilirəm ki,Onda da gəlib ilham, onda da yazıb qələmlKağız tapılmayanda daşa, divara yazıb,Necə görüb — ağı ağ, qaranı qara yazıblUcuzlaşıb, varını heçliyə döndərməyib,Xilas üçün rəhbərə mədhiyyə göndərməyib.Bəzən də yazdığını oda atıb yandırıb,Onun nifrətinə də,Onun qəzəbinə də,Tarix haqq qazandırıb, zaman haqq qazandırıblÖmür sürür həyatda,Kimi sevinc qazanır, kimi kədər qazanır,Əqidəsiz olanlar itirir dünyasını,Bu dünyada inamlar, əqidələr qazanırlGözü vaxtından əvvəl itirsə də nurunu,Əymədi vüqarını, satmadı qürurunulHər kimin ki, tanrısı “gözəllikdi, sevgidi”,Hər kim bu Vətən üçün, torpaq üçün dəlidir,O, Cavid düşüncəli, Cavid əqidəlidirlHər kimin ürəyində tükənməzdir həsrəti,Bakı vuran ürəyi, Təbriz yanan əlidir,O, Cavid düşüncəli, Cavid əqidəlidirlHər kim doğma yurdunu bütöv görür, tam görür,Bölünən torpağının bölünməz sevgisinə,Böyük bir inam görür,Kürlə Araz qəlbinin qoşa dinən telidir,O, Cavid düşüncəli, Cavid əqidəlidirlTüstüsüz ocaqmı var?Duymayan yana bilməzlƏqidə deyilən şey heçdən yarana bilməzlİnsanın damarına süddən, sümükdən gəlir,Nəsillərin qəlbinə çəkilən ağrılardan,Nəsillərin çiynində daşınan yükdən gəlir.Süddə, qanda yetişir,Sınaqlarda bərkiyir,İmtahanda yetişirlXalqımın ürəyindəƏqidənin, məsləkin özülü var, himi varlTarixin yaddaşında,İmadəddin Nəsimi, Fəzullah Nəimi varlƏqidə zirvəsini görmək istəyən olsa,Babəki göstərərəm!Bax deyərəm, bax ona, gör bu xalqın kimi varlKökü Babək olan kəs,Cılız budağa dönüb cır meyvə verə bilməzlTuran bir övlad kimi vaxtında dərk elədi,Mənim atam kim olub, özüm kim olmalıyamlBaşqa yol yoxdur mənə:İntizara, həsrətə,Ya qələbə çalmalı, ya təslim olmalıyamlÇaldı, qələbə çaldı,Ata şöhrəti qədər bala eşqi ucaldılTuran — ata yurdunun çırağını yandıranlTufanların içində sal qayanı andıranlCavid öz taleyiyləDaşa çevrilən insan, insana çevrilən daş,Turan — ata heykəli yaradan heykəltəraşlTuran — qardaş əvəzi, rəssam, şair, bəstəkar,Dərdini danışanda Müşfiqin çaldığı tarlTuran — tale çiçəyi, yalqız qalan bənövşə,Gül ömrünü yaşamaq — bəlkə ən çətin peşəl
Turan deyər: qar daşı,Qarlı dağdan qar daşı.Xəstə könlü nar istər,Mənim könlüm qardaşı.
Turan deyər: daşda məni,Daş götür, daşda məni,Qəmli yerdən kağız var,Yazıblar başda məni.
Turan deyər: daşdı canı,Kəkliyin daşdı canı,Bilən yox nə çəkirəm,Deyirlər daşdı canı.
Turan — bayatı çəkən,Turan — göz yaşı tökən,Turan — nağıl danışan.“Ata-ana” nağılı, “Bacı-qardaş” nağılı,Danışmaqla tükənməz,Könüldəki intizar, gözdəki yaş nağılılDövr edib dolansa da aylar, illər, fəsillər,Gəlsə də yer üzünə yeni-yeni nəsillər,Bu xalqın ürəyində,Tarixin yaddaşındaZaman-zaman qalası,Ərtoğrulun bacısılMüşkünazın əzizilCavidin Turan qızılCavidin qız balasıl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-cavidin-qiz-balasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Böyüklük ucalıq, əzəmət, vüqarMüdam heyran edir, insanı heyran!
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,