Aşıq el oğludu, el anasıdı,Qəlbindən fərəhlə qəm şirə çəkər,Bağban da özüdür, bağ da özüdür,Həm çiçək yetirər, həm şirə çəkər.

“Yanıq Kərəmi”ni gətirsən dilə,Əriyər odunda dağ gilə-gilə.İncə barmaqların dad verər zilə,Usta əllərindən bəm şirə çəkər.

Zəlimxan yollarda min köhlən yora,Qəlbi düşən deyil heç zaman tora.Çəkməz nanəcibə, çəkməz nankora,Çəksə Ələsgərə, Şəmşirə çəkər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе