Bülbülün naleyi-cansuzuna bais gül imiş
Bülbülün naleyi-cansuzuna bais gül imiş,Gülə həm aşiqi-sərgəştə olan bülbül imiş.
Mən deyirdim ki, o məh mehrü vəfa sahibidir,Demə bəs, mehrü vəfadan o özü qafil imiş!
Daşa təsir elədi, ahım oduyla yandı,Bir əsər etmədi ol şuxə, nə ahəndil imiş!
Piri-meyxanə sözün şeyx qəbul eylədi dün,Adəm övladıdır, həqqa ki, hələ qabil imiş.
Yoxdur aşiq, dedi ol məh, mənə səndən qeyri,Gizli məndən, demə, biganələrə mail imiş.
Eşqə dil verməz idim, bari qəmin bilsəydim?Nə bilim, eşqdən üşşaqə bəla hasil imiş?
Vahida, müşkül işə xəlqdə səbr olsa əgər,Olur tədric ilə asan hər iş, müşkül imiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bulbulun-naleyi-cansuzuna-bais-gul-imis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Buruqda çıxmışam göylə yarışa,Bizə günəş, ay eyləyir tamaşa.
Azad qadınGözəl desən gözələm mən, pəri desən pəriyəm,Məni sevən igidin mən sevimli dilbəriyəm.
SəninEy Tiflisə gedən Bakı gözəli,Yayıldı ellərə sorağın sənin.
Qızıl OrduQızıl Ordu girən kimi meydana,Saldı faşizmin canına muryana.