Əsən küləklərə vermədim ömrü,Arıtək güllərdən şirə çəkmişəm.Göylərə bənzədim ulduzlarımla,Çiçək bitirməkdə yerə çəkmişəm.

Gəldim könüllərə ustad olmağa,Gəldim sevgilərə Fərhad olmağa.Sınan ümidlərə qanad olmağa,Ocağa çəkmişəm, pirə çəkmişəm.

Canlı təbiətlə durdum göz-gözə,Bağrım oda döndü, ürəyim közə.Ruhuma yatanı çevirib sözə,Qəlbimə yatanı şeirə çəkmişəm.

2002, 20 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе