Cilli aşıq Müseyib!Sənin sazın dil açıb Cildən oxumaz daha,Bəmdə dinər, danışar, zildən oxumaz daha!Bülbül kimi ötərdin, dilliydin, dilsiz oldun,Köç-köç oldu barxanan, elliydin, elsiz oldun.Coşub-daşan bir eşqin seli dağlarda qaldı,Çaldığın havaların gülü dağlarda qaldı.Hanı o qumrovlu səs, hanı o şirin avaz,Telləri kökləməyə nə güc qalıb, nə həvəs.Dindi aşıq Müseyib, dindi, amma nə indi,Neçə əsr dil açdı, neçə qərinə dindi.

Danış deyirsən, oğul,Pozdular pərənimi, elimdən nə danışım?Nə danışsam ağırdı,Nə danışsam ölümdü, ölümdən nə danışım?İçim məni yandırır,Görən yoxdu tüstümü, çölümdən nə danışım?Heç yadımdan çıxarmı,Evimdən, eşiyimdən son dəfə çıxdığım gün,Göz açdığım torpağa son dəfə baxdığım gün!Boylananda dağlara kimlər yadıma düşdü,Neçə bəxti, taleyi kəmlər yadıma düşdü.Qayalar titrədərdi aşıq Əsədin səsi,Qulaqlardan gedərmi Nəcəfin zənguləsi!Yeddi dildə danışan Mirzə Bəylər varıydı,Neçə qılınc oynadan ər oğlu ər varıydı.Yatır Miskin Abdalım, Məmmədsöyünoyanmaz,Bu ağrıya hər ürək tab gətirib dayanmaz!Ucuz ölüm olmadı, ölüb orda qalaydım,Payımı, qismətimi bölüb orda qalaydım.O yerdə qazılmasa od tutar qəbrim yanar,Dözməyi bacarmaram, dözümüm, səbrim yanar!Uşaqlıq orda qaldı, cavanlıq orda qaldı,Ömrə, günə həyata heyranlıq orda qaldı!Hardan-hara gətirdim gərəksiz qocalığı,Qalıb ancaq ömrümün beş-on illik qalığı!

Ha çağırdım, oyanmadı,Qalxan bəxtim yatan oldu.Tale qoydu sapandına,Eldən-elə atan oldu.

Tapılarmı itən səsim,Hər diyara yetən səsim,Qumru kimi ötən səsim,Birdən-birə batan oldu.

Sənətin xan aşığıydım,İşıqlı dan aşığıydım,Mən gündoğan aşığıydım,Qismətim günbatan oldu.

Get, mənsiz o dağların,Sağalmaz dağına bax!Qışda qışlağını gör,Yayda yaylağına bax!

Üstümə gün doğardı,Bəxtimə nur yağardı,Bir gecədə ağardı,Saçımın ağına bax!

Gəl qaçqının yanına,Qorxu hopup anına,Saralmış bostanına,Üzülmüş tağına bax!

Eşqini çəkib zilə,Dərdini salıb zilə,Qəribin gilə-giləƏriyən yağına bax!

Üzü gülməz baxtımın,Yazı gəlməz vaxtımın.Şahlığımın, taxtımın,Çevrilən çağına bax!

Tez-tez gözlərin dolur, əl atırsan yaylığa,Qoca dünya çox belə getməz, aşıq Müseyib!Yenə bülbüllər gələr, öz yerinə, yurduna,Bayquşlar baş kimi ötməz, aşıq Müseyib!

Az özünü darıxdır, az qəlbini əz daha,Sazla gəzdiyin yeri xəyalınla gəz daha.Yüz fikir bircə borcu ödəyə bilməz daha,Bu elə nisgildi ki, bitməz, aşıq Müseyib!

Avazdan mayalanıb, nəfəsdən mehrlənib,Sənətin qüdrətiylə könüllər sehrlənib.Ələsgərlə, Alıyla bərkiyib, möhürlənib,İzimiz o torpaqdan itməz, aşıq Müseyib!

Dahi Füzuli kimi neçə bəxti kəm olsa,Qurbani, Abbas, Kərəm bir məclisə cəm olsa,Göydə süzən quşların lələyi qələm olsa,Bu dərdi yazmaq üçün yetməz, aşıq Müseyib!

Göyçə dərdi – heç vaxt yaddan çıxmayan,Zaman-zaman qarşımıza çıxan dərd!Qəlbimizi kaman kimi inlədən,Ruhumuzu bir yay kimi sıxan dərd!

Qaranəfəs qasırğanı andıran,Bizə çox-çox mətləbləri qandıran.Üzümüzü şillə kimi yandıran,Başımızda şimşək kimi çaxan dərd!

Bir mahalı bir gecədə kürüdən,Ömrümüzü gilə-gilə əridən,Oğulları ağac kimi çürüdən,Kişiləri qaya kimi yıxan dərd!

Kül içində his bağlamış kömürdü,Yağış döyən, sel aparan ömürdü.Daşqın oldu, bizi yıxdı, yömürdü,Çaylar kimi üstümüzə axan dərd!

Zaman bizə nəs gətirdi, nəsdi, nəs,Haqq bilir ki, haqqın səsi səsdi, səs!Min illərin sonrasına bəsdi, bəs,Min illərin əvvəlindən baxan dərd!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов