Düşmən gülləsinə sipər yeridi,Gərir sinəsini dərdə, bəlaya.Hünər beşiyidi, təpər yeridi,Cövhəri çevirib Cövhərqalaya.

Nə hücum, nə qorxu, nə güc, nə hədə,Nə ölüm çeçenin beyninə batdı.Şəhəri min yerdən zədələsə də,Namusu, qeyrəti sağ-salamatdı.

Şimşək baxışında, qəzəb gözündə,Şəri öz qanında boğdu bu millət.Təzədən doğuldu bu yer üzündə,Şamili təzədən doğdu bu millət.

Hər oğul bu xalqın igidi, əri,Andı boş-boşuna içən görmədim.Qeyrət silahıdı, məslək səngəri,Silahsız, papaqsız çeçen görmədim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине