Dayanmaz
Gözə baxdım, gözəlliyə can dedim,Heyf, o da gözdə, qaşda dayanmaz.Günlərimiz axıb gedər çay kimi,Selə dönər, dağda, daşda dayanmaz.
Yaz açılar, çiçək bitər, gül gələr,Fəsillərin səcdəsinə el gələr.Ay dolanar, il üstünə il gələr,İnsan ömrü bircə yaşda dayanmaz.
Ay Zəlimxan, bağlar töksə xəzəli,Yaddan çıxmaz eşqin ilki, əzəli.Dindirəndə könül sevən gözəli,Ruh bədəndə, ağıl başda dayanmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dayanmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Haqqı axtaranlar gəlsin yanıma,*Haqqın, ədalətin əsasıyam mən.*
XanlarımAşıq Xanlar Məhərrəmovun xatirəsinə*Ayazlı bir qış axşamı,
Qağa yuxuma girdiUnudulmaz şairimiz*Hüseyn Arifin xatirəsinə*
Məmməd Araz işığıDostum Mikayıl Mirzə ilə birlikdə sevimli Xalq şairimiz*Məmməd Arazın Novruz bayramını təbrik etmək üçün ustadın*
Стихи других поэтов · О любви
Ah gör kim genə yar oldu nigar özgələrə,Qoşulubdur yüzü gülbərgi-bahar özgələrə,
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram