Mənə kimliyimi sən öyrətmisən,Sənin kimliyini bilənəm, DədəmlƏvvəlim də sənsən, axırım da sən,Səndən sənə doğru gələnəm, Dədəml

Mürşidim, ustadım, Lələm, Ozanım,Xeyrə danışanım, xeyrə yozanım,Dan yerim, axşamım, sübhüm, əzanım,Sevgimi səninlə bölənəm, Dədəml

Nə susan, nə də ki, kiriyənəm mən,Oğuzda, qopuzda əriyənəm mən.Sənin yerişinlə yeriyənəm mən,Sənin gülüşünlə gülənəm, Dədəml

Mən bir söz qaynağı, söz yuvasıyam,Yarpağam, torpağam, od, hava, suyam.Yeddidən yetmişə saz havasıyam,Saz üstə baş qoyub ölənəm, Dədəml

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов