Demək nə çətinmiş deyilməz sözü
Gör neçə vaxtdır ki, hazırlıq gedir,Atamın yanına hazırlaşıram.Yalançı dünyadan doğru dünyayaDədələr, babalar getdiyi yolunƏsil ünvanına hazırlaşıram.
Bu çətin xəbəri gör nə zamandı,Doğma qardaşımdan, doğma bacımdan,Oğlumdan, qızımdan gizli saxladım.Mənə sazdan yaxın dünyada nə var,Ağrımı sazımdan gizli saxladım.
Demək nə çətinmiş deyilməz sözü,Oğluma açılsam, qəlbi sınacaq,Qızıma söyləsəm, qız ağlayacaq.Oğuldu, uşaqdı, qızdı, gəlindi –Biri bir balaca çox ağlayacaq,Biri o birindən az ağlayacaq.
Bilmir uşaqların anası, bilmir,Bilsə, gecə-gündüz qan ağlayacaq.Gündüz ağı deyib, bayatı çəkib,Axşam ağlayacaq, dan ağlayacaq.
Bilmir, Zəlimxanın anası bilmir,Bilsə, dağ uçacaq, daş ağlayacaq.Göydən ildırımlar necə tökülür,Gözlərdə eləcə yaş ağlayacaq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-demek-ne-cetinmis-deyilmez-sozu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada gün görüb, ömür sürməyi,Hər ürək istəyir, hər can istəyir.
Şükür KərəminəXatirələrim dünənin əlindədi,Ümidlərim sabahın.
BabamQalaaltıda müalicədə idim. Saatlı rayonundan*gəl miş 80 yaşlı Ağamirzə kişi ilə tanış olub doğma -*
Şair vaxtıVaxt olar, zəhmətin zay olar, heç olar,Vaxt olar, qurbanın xınalı qoç olar.
Стихи других поэтов
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Mancılığ ilə gögə uçan bənəmMancılığ ilə gögə uçan bənəmXeybərüñ qapusını açan bənəm
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül