Deyir
Hərdən havalanıb eşqə düşəndə,Könül, ya kamanam, ya taram deyir.Süzülüb ən şirin duyğular kimi,Ellərin ruhuna yataram deyir.
Qoymaram arzunu, xəyalı darda,Gül-çiçək açaram boranda, qarda.Məndədi məclis də, toy da, mağar da,“Segah”am, “Şahnaz”am, “Qatar”am deyir.
Fikirlər beynində geyməsin qara,Zəlimxan, sən hara, yorulmaq hara.Uzaq mənzillərə, uzaq yollaraYeriyib, yüyürüb çataram deyir.
1975, 1 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-deyir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dənizi seyr edən xəyala dalar,Sanarsan xəyaldı, xəyal adalar.
Dodaqdəyməz təcnisCanıyanan gərək yandıra canı,İşin yad əlində ha qalar, qalar.
Dodaqdəyməz dördlükSənə çətin deyil, qara yax, asanGərək şər danışa, qara yaxasan.
Dodaqdəyməz dördlükArtıq nə danışaq indi səninlə,Çətindi alışaq indi səninlə.
Стихи других поэтов · О природе
Xeyli vaxtdır, ayrılıb məndən o cananım mənim,Firqətilə gündə min dəfə çıxar canım mənim.
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
SevgilimSevgilim, könlümün sazını dindir,Onsuz da həyatım, eşqim sənindir.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,