Dövlət atam, millət anam
Yaradanın dəftərindəadı başdan yazılanam,Peyğəmbərin meracınamələklərlə tən gəlmişəm.Savaşlara sərkərdəyəm,barışlara bayraqdaram,Harda dara düşən olsaçağrışına mən gəlmişəm.
Qoca tarix qarşısındaaçıq alın, ağ üz mənəm,Qopuz mənəm, toppuz mənəm,doqquz mənəm, oğuz mənəm.Türk eşqinə dastan yazanqələm mənəm, kağız mənəm,Dövlət atam, millət anam,çox-çox ötədən gəlmişəm.
Düşmən elə bilməsin ki,yer altında itən daşam,Qədimlərdən qaynaq tutandamar-damar bitən daşam.Mən dünyada bu dünyanınözü boyda vətəndaşam,Atillanın qırmancıyam,ulu Metedən gəlmişəm.
Hara dönüb, hara baxsanyerdə mənəm, göydə mənəm,Sazda mənəm, tarda mənəm,udda mənəm, neydə mənəm.Yaradanın yaratdığıxoş olan hər şeydə mənəm,Altı nədir, altmış nədir,min-min qitədən gəlmişəm.
Türküstan, 2009, iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-dovlet-atam-millet-anam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mədinəyə hicrət edəcəyini Həzrəti Cəbrayıl hələmerac gecəsində Peyğəmbərimizə xəbər vermişdi.
Bədr savaşıAllahıml Mənə verdiyin vədi yerinə yetir. AllahımlBu bir parça müsəlman mücahid həlak olarsa, artıq
Yaşayacaq bu dünya Məhəmmədin eşqinəYa Peyğəmbərl Kafirlərə qarşı (qılında), münafiqlərəqarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et. Onların
HəmzəMənə Cəbrayıl əleyhissəlam gəlib “Həmzə ibnƏbdülmüttəlib göydəkilər qatında Allahın və Rəsulunun
Стихи других поэтов
Keçən günlərimi vərəqləyirkənSevdalı dillərin yadıma düşdü.
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Qəsidə: Ey mənə tənə vuran Mustafa xan ŞirvanEy mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan
Qəlbim o günləri unudan deyilMənə sevgimizdən bir həzin nəğmə,Bir də tənha söyüd yadigar qaldı.