Yalançı bir nağılsanmış,Nağıl, ay dünyam, ay dünyam.Hər kim səndən ağıl umur,Yoxmuş onda zərrə qədərAğıl, ay dünyam, ay dünyam.

Kimlər vurdu aramızı,Kimlər pozdu sıramızı?Yağ verib yağlayan yoxdu,Bağ verib bağlayan yoxdu,Qan aparır yaramızı,Dil deyib ağlayan yoxdu.Nə ölüb, nə öləsidiÇuğul, ay dünyam, ay dünyam.

Fəryad ilə ötdü neyim,Dizlərimdən getdi heyim.Dilim gəlmir, necə deyim,Dağıl, ay dünyam, ay dünyam?

Yol aç, ərkim, nazım üçün,Gül aç, fəslim, yazım üçün.Könlümə bir hava düşüb,Üç tel bağla sazım üçün.Gəl, təzədən bizdən ötrüDoğul, ay dünyam, ay dünyam.

2000, 14 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости