El gözünə qurbanam
El gözünə qurbanam,Tərəzidir, tərəzi.Heç kəs ilə heç zamanYoxdu qəsdi, qərəzi.
O gözlərdə əks olub,Sevgisi də, kini də.Ədalətdir, ədalət,Tanrısı da, dini də.
Uca dağı el görər,Nə olsun çoxu görməz.El gözündən düşənin,Gözləri yuxu görməz.
İstəsən ki, həyatdaHəyat boyu qalasan,Gərək elin, VətəninGözündə ucalasan!
1975, 21 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-el-gozune-qurbanam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ən böyük qəhrəmanlıq
Qanqalların içində çiçək ömrü yaşamaq,İblislərin içində mələk ömrü yaşamaq,
Yaşıl çəmənQəmli-qəmli üz tutmuşam dərgahına,Məni qəmdən uzaq eylə, yaşıl çəmən!
Haqqa doğru yol gedirəmAy dolandı, il hərlədi çarxını,Əlli gəldi, keçdim ömrün qırxını.
GöygölSazın “Müxəmməs”i, “Misri”, “Dilqəmi”,Tarın “Cahargah”ı, “Şuru”udu Göygöl.