Ən böyük var-dövlət
Bac verməz sultana, baş əyməz şaha,Sevinci son qoyar amana, aha.Qızıldan qiymətli, gövhərdən baha,Ən böyük var-dövlət insan qəlbidir.
Dünya sevda dolu bir həyat olsa,Eşqin ocaqları çataçat olsa,Qurduğun imarət yetmiş qat olsa,Ən böyük imarət insan qəlbidir.
Əl bir ziyarətdir, üz bir ziyarət,Qaş bir ziyarətdir, göz bir ziyarət,Dağ bir ziyarətdir, düz bir ziyarət,Ən böyük ziyarət insan qəlbidir.
2012Almaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-en-boyuk-var-dovlet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O gələndə soruşmur,Varmı yazıb-pozanın.
Bu xalqınOymaq-oymaq eli gəzdim-dolandım,Fikir verdim hikmətinə bu xalqın.
Xalqım, səni uca gördümXalqım, səni dəniz gördüm – dalğalandın, ləpələndin,İşıq olub zərrə-zərrə hər ocağa səpələndin.
Füzuli – SabirGözəlliyə, gözələ könlünü bağlayandaFüzuli “Heyrət” dedi.