Xalqım, səni dəniz gördüm – dalğalandın, ləpələndin,İşıq olub zərrə-zərrə hər ocağa səpələndin.Xalqım, səni sahil gördüm – sinə gərdin tufanlara,Neçə-neçə məğrur qaya sinəsindən aldı yara.Xalqım, səni qaya gördüm – boyu uca, qaməti düz,Çarpışmalar meydanında sən əbədi, sən ölümsüz.Xalqım, səni palıd gördüm – şimşək vurdu, paraladı,Yeri yerdən, göyü göydən, kökü kökdən araladı.Xalqım, səni bütöv gördüm – bölünsə də yurdun, adın,Bölünmədi məhəbbətin, bölünmədi istedadın.Xalqım, səni əsgər gördüm – buraxmadın səngərini,Unutmadın yerişini, itirmədin ləngərini.Baxışında bulud görmək məndən ötrü ağır olar,Dodağında sükut görmək məndən ötrü ağır olar,Parçaladın o buludu!Parçaladın o sükutu!Xalqım, səni uca gördüm – bu ucalıq bəsdi mənə,Sən varsansa, neyləyəcək düşmənlərin qəsdi mənə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе