Eşitdi
Eşqimi qəlbimdə saxlayammadım,Çiçəyə sirr açdım, çəmən eşitdi.Yarpağın qoynuna baş qoyub yatan,Torpağın şəhdini əmən eşitdi.
Yel vurdu, titrəşdi ləçəklərdə zər,Gülün yanağında puçurlandı tər.Əlüstü hər yana çatdı bu xəbər,Dağların başında duman eşitdi.
Qara yellər kimi əsmək istədi,Küsdürmək istədi, küsmək istədi,Şeytan aralığı kəsmək istədi,Şübhə qanadlandı, güman eşitdi.
Düşdüm ürəklərə gur işıq kimi,Sarıldım güllərə sarmaşıq kimi.Yaxşını çağırdım bir aşıq kimi,Səs ona çatmamış, yaman eşitdi.
Ölkələr dolaşar fikrin hər anı,Coşdurar həvəsi, qaynadar qanı.Eşqim durnalarla gəzdi dünyanı,Bağdada söz getdi, Yəmən eşitdi.
Sevilən bilir ki, sevən haqlıdır,Fikirlər, xəyallar qol-budaqlıdır.Zəlimxan, asta din, yer qulaqlıdır,Sevgini vaxt duydu, zaman eşitdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-esitdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İlahi, bağışla bədxahlarımı,Döndər yavaş-yavaş, xeyirxah eylə.
İnsan - dünyaÇiçəyəm, meyvəyəm, kökəm, budağam,Nuram, qığılcımam, odam, ocağam.
Borc - vəzifəHər kəsin öz borcu, öz vəzifəsi,Ordu əsgərini qorusun gərək.
Gözümü öyrətdim gülə-çiçəyəYoxuşlar yolumdu, yollar qismətim,Eniş də məndədi, yoxuş da məndə.
Стихи других поэтов · О любви
Şahmar zülfün bədnəzərdən daldala,Çinlə gərdənində həmayıl eylə!
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən