Dedim gəl bir seyrə çıxaq,– Yox, gələ bilmərəm, – dedi.Dedim nazı bir yana qoy,– Yox, gələ bilmərəm, – dedi.

– Qapım açıq, baxtım açıq,Sevmir mənim baxtım açıq,İşıq kimi baxtıma çıx.– Yox, gələ bilmərəm, – dedi.

– Dağları en, dərəyə gəl,Ovçun mənəm, bərəyə gəl,Yaşıl bir mənzərəyə gəl,– Yox, gələ bilmərəm, – dedi.

– Budaqlardan dərim gülü,Qədəminə sərim tülü,Gəl sevindir bu könülü.– Yox, gələ bilmərəm, – dedi.

– Əcəl yatmır ipə-sapa,Kim itirə, kimlər tapa,Gözlərimi özün qapa.– Yox, gələ bilmərəm, – dedi.

– Dözümüm, səbrim üstə gəl,Zəhmətim, cəbrim üstə gəl,Ölürəm, qəbrim üstə gəl.– Yox, gələ bilmərəm, – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов