Eşqin öldüyünü gördüm,Bir gülün saralmağında.Eşqin öldüyünü gördüm,Bir qəlbin qırılmağında.Eşqin öldüyünü gördüm.İşığını itirən gözdə,Ürəkdən yox, boğazdan gələn,Adamı üşüdən sözdə.Eşqin öldüyünü gördüm,Göyərmiş dildə,Qurumuş dodaqlarda,Külü göyə sovrulan,Sahibsiz qalmış ocaqda.Eşqin öldüyünü gördüm,Çiyinlərdə gedən tabutda,Zənguləsi qırılan səsdə,Qulağı batıran sükutda.Nə qədər ölən-itən gördüm,Səpdiyi toxumlar cücərməmişÖmrü yarıda bitən gördüm,Yaralanmış torpaq gördüm,Ruhu sınmış Vətən gördüm,Hamısı eşq ölümüdü.Nəyini deyim bu eşqin, nəyiniAllah heç kəsə göstərməsinEşqin, sevginin,ümidin, inamın ölməyini!

2002, 29 avqust

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви