Könül, alış, şam kimi yan,Əri – fikirlər içində.Dərk eylə bu sonsuz göyü,Yeri, fikirlər içində.

Gecələri gündüzə qat,Düşün, daşın, yaşa, yarat.Addımını fikirlə at,Yeri, fikirlər içində.

Fikir həyatın gülüdü,Çiçəyidi, sünbülüdü.Fikirsiz ancaq ölüdü –Diri – fikirlər içində.

Sözün düzdü, özün haqsan,Görəcəksən, yaxşı baxsan.Duya-duya tapacaqsan,Şeiri fikirlər içində!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов