Mənimki söz qəsri, söz qalasıdı
Yoxdu yaş qorxusu sevilənlərə,Doxsanın içində, yüzün içində.Ürəyin nə qədər arzuları var,Nə qədər istək var gözün içində.
Nə naxış gərəkdi, nə zər daşıma,Tale yazdığını yazar daşıma.Söz olsun yaraşıq məzar daşıma,Siz məni basdırın sözün içində.
Mənimki söz qəsri, söz qalasıdı,Söz Babək qalası, Bəzz qalasıdı.Qalsa Zəlimxandan söz qalasıdı,Yatanda kəfənin, bezin içində.
2007, 10 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-menimki-soz-qesri-soz-qalasidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dastan söylə, Abbas çatsın Gülgəzə,Nağıl danış, göydən düşsün üç alma.
Xəbərim olmadıVuran məni elə vurdu,Daşdan xəbərim olmadı.
Döndü daha əfsanəyə, NağılaKəndimizə getmişdim. Qarlı bir qış günündə*Hacımurad dayının evinə gəldim. Yaşı yüzü haqlamış*
Yaxşı gün – yaman günGələn günün xoş xəbərlə gəlirsə,Yaxşı gündü, yaxşı gündü, yaxşı gün.
Стихи других поэтов · О смерти
Bilüme müşg saçunı şehâ kemerlenüremNiçe ki gamzen oh ura ciğerde ferlenürem
Son misralarıArizi qəmlər əlindən ürəyim şişmiş idi,Zənn edirdim edəcəkdir ona çarə ciyərim,
Gəncənin yanındaQəbrimin üstünə gəldiyin zaman*Pak olan ruhumu xatırla bir an...*
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.