Gedirəm bir qəlbi sevindirməyə
Çəməndə çiçəyəm, sünbüldə dənəm,Sevgidə, sevincdə dağlara tənəm.Dünyanın ən xoşbəxt adamı mənəm,Gedirəm bir qəlbi sevindirməyə.
İçimdə işıq var, ulduz var, Ay var,Ruhumda çağlayan bir dəli çay var.Könlümdə Allahın verdiyi pay var,Gedirəm bir qəlbi sevindirməyə.
Nə həsrət, nə də ki, qəm aparıram,Nə də kirpiyimdə nəm aparıram.Quşam, dimdiyimdə yem aparıram,Gedirəm bir qəlbi sevindirməyə.
Ay sevinc aparan, ayaqyalın qaç,Ümid gözləyənin qapısını aç.Dərdə dərman olub, ağrıya əlac,Gedirəm bir qəlbi sevindirməyə.
Ucaldıb başları, uca gedirəm,Düşsəm də zəhmətə, borca, gedirəm.Elə bil Kəbəyə, Haca gedirəm,Gedirəm bir qəlbi sevindirməyə.
Hər könül bir dünya, bir Kainatdı,Gedirəm dünyanı sevindirməyə,Gedirəm həyatı sevindirməyə.Gedirəm sevgiyə könül bağlayan,Bütün Kainatı sevindirməyə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gedirem-bir-qelbi-sevindirmeye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı