Gəldi-keçdi ömürdənneçə gün, neçə gündüz,Durmadı, dayanmadı,oxudu təbiəti,öyrəndi cəmiyyəti.Yatmadı gecə-gündüz,odun içinə girdi,Baxmadı bir qıraqdan,keçdi çətindən-çətinimtahandan, sınaqdan.Əqidəsi yolundadağ kimi, məğrur, mətin,qaya kimi sal oldu.

Dəyişdi hərb illəriarzuların səmtini,O, memar olmalıydı,əsl general oldu.Elə bir general ki,Sarsılmaz qətiyyətilBasılmaz şəxsiyyətilDanılmaz həqiqətilİmperiya cəlladıyladayansa da üz-üzə,Qorxmadı, çəkinmədi,başlandı fəaliyyət,başladı mübarizə.

Gizli bir təşkilatdaaydın bir rəhbər oldu,Öz milləti yolundahər gün səfərbər oldu,Kəskin bir qılınc olubdöyüşdü qına qarşı,Bir də imkan verməditəxribat eləsinləronun xalqına qarşı.

İlahil Gör bu yerdəo kimlərlə döyüşüb,Çox əliqanlılarla,hakimlərlə döyüşüb.Cavidi sərt Sibirinşaxtasında çürüdən,Böyük Əhməd Cavadıgilə-gilə əridən,Başımızın üstünəgöydən odlar ələyən,Müşfiqi bir gecədəal-qanına bələyən,Adı hələ də dildə“Dənizkənarı” qalan,Anaların saçındaəriməz qarı qalan,Zülüm, qan ocağınındağıtdı yuvasını,Təmizlədi ruhunu,dəyişdi havasını.Onun hərarətindəngöy gözlər, sarı saçlaryavaş-yavaş əridi,Dəyişdi dünya, düzən,buz sındı, daş əridi.Bu millətin qaragöz,qaraqaş oğulları,Ayaqda sürünməyənbaşda baş oğullarıSahib oldu o gündənöz doğma ocağına,öz işıqlı elinə,Gördü bu mənzərənixalq sevinə-sevinə.

Qan tökənin gözlərioyum-oyum oyuldu,Bugünkü dövlətininsağlam özül daşlarıO kişinin əliyləbax o zaman qoyuldulDağılmasa o yuva,dəyişməsə o hava,Yenə ayaq açardıbu millətin üstünəiftiralar, riyalar.

Bir-bir güllələnərdiMüşfiqlə Cavid kimiBəxtiyarlar, Ziyalar.Nə göylər durulardı,nə yer təmizlənərdi,Bir cəlladın içindəmin qisas gizlənərdi.Nə qədər səs itərdi,nə qədər qan batardı,O qanların içindəAzərbaycan batardı.

Gülü tikandan qorudulTorpağı qandan qorudulQorudu o, bu xalqı,bu milləti qorudu,Azərbaycan adlananbir dövləti qorudul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов