Uçub getdik bu dünyanın başının üstdən,Bir ömür də keçməyibdi yaşının üstdən,Heç qırış da düşməyibdi qaşının üstdənHələ bir ot göyərtməyib daşının üstdən.Görə-görə, duya-duya yaşayacaqdı,Cavan dünya, gözəl dünya yaşayacaqdı.

Yollar ilan dili kimi haçalansa da,Əsrin səbri cır nar kimi parçalansa da,İnsan didib bir-birini parçalasa da,Yer üzündə yenə səhər açılasıdı,Əl-üzünü yuya-yuya yaşayacaqdı,Cavan dünya, gözəl dünya yaşayacaqdı.

Hər kəs gəlib ocağını çatıb gedəcək,Gedənlərin tozanağı yatıb gedəcək,Bu dövranda tərsliyini atıb gedəcək,Bu səbirli tutduğundan tutub gedəcək,Günəş əmib doya-doya yaşayacaqdı,Cavan dünya, gözəl dünya yaşayacaqdı.

İnsan hələ milçəyə də verməyib canı,Amma insan canlı qırıb ulduzlar sanı,Kim qəfəsə salacaqdı tutub zamanı,Torpaq yenə yaradacaq otu, insanıYenə həyat dönüb toya yaşayacaqdı,Cavan dünya, gözəl dünya yaşayacaqdı.

Yazan yazır, yozanlar da min yana yozar,Dəllalları çox görübdü bu böyük bazar.Gələnlərə yer tapılar, gedənə məzarVaraq yansa tarix yazan torpağa yazar.Boylanmayıb səsə, soya yaşayacaqdı,Cavan dünya, gözəl dünya yaşayacaqdı.

Qatil ömrü-günü heç vaxt ağ olan deyil,Yerə insan əkmək ilə bağ olan deyil,Davalarda həqiqətlər doğulan deyil,Yer kürəsi göz yaşında boğulan deyil,Döndərəcək duzlu suya yaşayacaqdı,Cavan dünya, gözəl dünya yaşayacaqdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов