Durna köçdü, lələk saldı,Vida nəğməsini çaldı.Yarpaqlar saraldı qaldıKöçən nəğməli quşlardan.

Bağçalarda gül üşüyür,Ağzımızda dil üşüyür,Tənha qalıb göl üşüyürSoyuq-soyuq yağışlardan.

Çöllər unudur gördüyün,Yağış yuyur, qurudur gün.Ağaclar yuyunur bu günMilyon-milyon baxışlardan.

Budaqlar baş əyib bara,Nar içi sığmayıb nara,Evə qayıdır mal-qaraEnişlərdən, yoxuşlardan.

Bir fəsilsən sən hər gündə,Payız paltarı əynində,Payız yoxsa ürəyindəGözlərində yağış hardan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе