Aralı gəzmə, gəzmə, gəl!Özünü üzmə, üzmə, gəl!Özün fikirləş bir görəkSəni kim sevər mənim tək.Qədrini kim belə bilər.

Əlini üzmə, üzmə, gəl!Gözlərindən qov bu kini,Ömrümün imanı-dini!Mənim tək sənin dərdiniSəninlə kim bölə bilər.

Sən məndən bezmə, bezmə, gəl!Bu qaş-gözlə sən ki varsan.Yüz bəh-bəh deyən taparsan,Məni tapmaq deyil asanSəninlə kim ölə bilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов