Getdi haraylı günlərim,Ulduzlu, aylı günlərim.Dilimdə bir qızın adı,Getdi o sevdanın oduBir də qayıtmaz, qayıtmaz.

Baharlı, yaylı günlərimQayıda geriyə dönə.Cavanlıq düşdü könlümə,Dəyməz bir ilim bir günəÜrək yanıtmaz, yanıtmaz.

Başladı ayrı günlərim,Yanı bu Fikrət odumu?!Soyuq çəkərlər adımı,Yığsan canımın odunuKirpik qurutmaz, qurutmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов