Od oğluyam, alovlardan doğuldum,Alovlana-alovlana.İlk bahardan doğuldum,Lalə kimi yana-yana.Onunçün də baxışımınOdlara var bənzəri.Azəriyəm, azəri.

Dağ başında şimşək olubMənim misri qılıncım.Atlarımın nallarındanQopan topa qığılcım –Ulduz olub səmalaraSancıldılar gecələrOd oğluyam, sübhə kimiGünəş məndə gecələr.

Vüqarilə başı qarlıDağlarını andıran,Dostlar üçün özü yanan,Düşmənləri yandıranOd oğluyam, torpağım od, suyum od.Mən alova bənzədirəmDəliqanlı Xəzəri.Azəriyəm, azəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов