Bir şəkil var önümdəİkimiz dayanmışıq.Bu sənin qaşın, gözün,Bu mənim qaşım, gözüm.

Ötən günlərimizdənBu günə boylanmışıq.Bu sənin cavan üzün,Bu mənim cavan üzüm.Dondurmuşuq şəkildəÖmrün ötən anını.Əziz bir xatirətəkİlişib saçımızdaQalıb bir parça külək.Bu şəkilə baxanlarAncaq görürlər bizi.Başdan-başa süzürlərBizim hər ikimizi.Bu şəkilin içindəKağıza həkk olmamış,Üzü bura düşməmiş,Özü bura düşməmişÜçüncü bir adam var.(Gözə görünməyəndəUnudulur adamlar).Üçüncü bir adam var,Mənə gülümsə dedi.Sənə gülümsə dedi.Bizdən gülüş istədi.Bizi göstərmək üçün

Bu şəkildə gizlənibƏllərinin əməyi.Bəlkə unutmuşam daBu şəkili alandaOna “sağ ol” deməyi.Baxırıq özümüzə,Onu salmırıq yada.Amma çətin olardıFədai üçüncülərOlmasaydı dünyada.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов