Aşıq Heydər:Bulaq üstə duran qızlar,Xəbər verin ellərimnən!Suzuxmuşam su istərəm,Tər xınalı əllərinnən.

Şikəstə Pəri:Bizlər su vermərik yada,İlqar - iman gedər bada.Gözəlləri salma oda,Su iç qalma yolunnan.

Aşıq Heydər:Əslim Türkdü, mən danmaram,Canım odlara salmaram.Belə bulaqdan qalmaram,Xəbər verin ellərimnən.

Şikəstə Pəri:Babamın ismi Piridi,Babam bu yerin nəridi.Ölməyib hələ diridi,Su iç qalma yolunnan.

Aşıq Heydər:Nər oğlu, nərin biriyəm,Ağ sinən üstə çürüyəm,Baban ölə mən sürüyəm,Xəbər verin ellərimnən.

Şikəstə Pəri:Eşqin dərindi dəryası,Pərin ölüb al qisası.Az danış, zalım balası,Su iç qalma yolunnan.

Aşıq Heydər:Tapmışam qəm – kədəri,Dağılıb könlüm şəhəri,İncitmə Aşıq Heydəri,Xəbər verin ellərimnən.

Qızlar bulaq başından gedəndən sonra Aşıq Heydər qəlyanına siqar doldurub bir-iki qurtum sinəsinə çəkir. Sonra arxası üstə uzanaıb səmaya baxa - baxa deyir:

Bir bulaq başında maralı gördüm,Ağlımı başımdan apardı getdi.Sözləri ox oldu, keçdi sinəmdən,Könlümü sinəmdən qopardı getdi.

Bir sular sonası çıxdı qarşıma,Bir nəhəng ildırım çaxdı başıma.Fələk məni çırpdı əhlət daşına,Gözlərim qaraldı, o vardı getdi.

Gözəllər gözəli Borçalı qızı,Qövr edən yarama, gəl basma duzu.Qaranlıq səmanın Zöhrə ulduzu,Bütün varlığımı o yardı getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов