Yoruldum, sərildim yer kürəsinəGecəni yorğan tək üzümə çəkdim.Qulağımı söykədim vaxtın səsinəGöyün mavi səbri gözümə çökdü.

Ayağımdan ağrını dənizlər yudu,Yorğun barmaqlarım yerə kök atdı.Ürəyimin yanğısı bir az soyudu,Yer də sürətini bir az azaltdı.

Böyük kainatın belə boş vaxtıMəni bu torpağa axı kim əkdi.Əlimdən pöhrələr ucalacaqdı,Kökümdən insanlar göyərəcəkdi.

Cavan pöhrələrin gülüşlərininİşığı bir nəğmə çalacaq səhər.Göyün milyon-milyon günəşlərininGözləri bərələ qalacaq səhər.

Kainat olacaq insan yolları,İnsan lal səmanı danışdıracaq.Körpü tək uzanıb insan qollarıNeçə səyyarələr barışdıracaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов