A dünya!
Öz urvam var, öz unum var,Ələyimi ələyirəm.Seyrəldikcə dost-tanışlarMən yır-yığış eləyirəm,A dünya, sənə yaxşı yol.
Qaralır köz, sönür ocaq,Gözü örtür göz üstə qaş.Mən düşəsi dayanacaq.Yaxınlaşır yavaş-yavaş,A dünya, sənə yaxşı yol.
Mənim çox az görüşüm var,Salam verəm, ya verməyəm,Yolüstü bir az işim var,Vaxt ola görəm, görməyəm,A dünya, sənə yaxşı yol.
Qılıncımı qına qoyub,Kəhərimdən mən düşmüşəm.Çox şeylərdən gözüm doyubYerişimi dəyişmişəm.A dünya, sənə yaxşı yol.
Son baxışım səni öpər,Sənə duadır son sözüm.Nəğməmi özünlə apar,Uğur olsun canım, gözüm,A dünya, sənə yaxşı yol.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-a-dunya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Yara üzGözəl adam, gəl Allahı sevərsən,Daldalanma, bir də görgəz yara üz!
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Vəzirin tədbir ilə təhlükədən xilas olmasıVəzir evə donən kimi, bir guşədə tək qaldı,Bu bəladan cıxış yolu axtarıb fikrə daldı.