Dünyanın ən ağır yolu gecədir,dünyanın ən böyük sevinci səhər.Mənim çətinliyim mən ölüncədir,sonrası?.. Sonrası hər şey düzələr.

Ən yaşlı adam da gecə uşaqdır,Tənhalar ölümlə vuruşur hər an.Gecələr zülmətə qərq olacaqdır,Tənhalar getsələr əgər dünyadan.

Tənhalar əvvəldən olub utancaq,Mən də tənhalardan biriyəm, varam.

Siz məni gecədən qoruyun ancaqsizi axşamacan mən qoruyaram.

Qoruyun deyəndə, mənə zəng edin,söyün, hirsləndirin, yata bilməyim.Yuxumu qaçırıb məni dəng edin, –ölüm yuxusuna bata bilməyim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти