A beymürvət, mən ha səndən ötəri,Düşmüşəm çöllərə, sayılam indi.Can çıxar cəsəddən, dur aşkara gəz,O mah-camalına mayılam indi.

Dərdli Məcnun kimi, bəlaya tuşam,Mən sənin dərdindən billah,bihuşam.Mey ki içməmişəm, niyə sərxoşam?Əmsəm ləblərindən, ayılam indi.

Gördüm camalını, bu nə həvəsdir?Ruhum gedib, cismim quru qəfbsdir.Bu dərdi-möhnətin Əsədə bəsdir,Öldürürsən öldür, qayılam indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине