Həmişə arzudu, bahardı qadın.Qadın gözəlliyi daşqındı, daşar.Bir nəğmədi qadın, küləkdi qadın,Baharda hər bəndi-bərəni aşar.

Gözəl ruhumuza salıb yanğını,Dinc dura bilmirəm bu yaşımda mən.Subay oğlanların azadlığını,Qızlar bir baxışla alır əlindən.

Boylanın dünyaya, baxın yollara,Açarı sizdədi göylərin, yerin.Sizə and verirəm gözəl bahara,Qadınlar, bizə də azadlıq verin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе