Qalib
Sinəmdəki neçə dağım,öz içimdə qaynamağım,hərdən odla oynamağımatəşpərəstlikdən qalıb.
Dodağında alov izi,qara saçı, yanar üzü,göz yanığı – qara gözüatəşpərəstlikdən qalıb.
Ürəyimin darıxmağı,gözümdə şimşək çaxmağı,torpağımdan od çıxmağıatəşpərəstlikdən qalıb.
“Eşq oduna yandım” – demək,gözlərindən od ələmək,alov rəngli gül iyləməkatəşpərəstlikdən qalıb.
Hirsin suynan soyumağı,od yurdunda suyun dağı,sərhədimin su olmağıatəşpərəstlikdən qalıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-qalib
Клавиши ← → для перехода, R — случайное стихотворение