Görən torpaq, bilirmi?
Bu da Fəxri xiyaban,son mənzil, son düşərgə,Ziyarətin adı bir,zəvvarı cərgə-cərgə,Gedir insan axınıgüllə, çiçəklə birgə, —Tarixə şöhrət olanbir ər oğlu ər yatır,Görən torpaq bilirmi,qoynunda Heydər yatır?
Tək oldu, sınmaz oldu,vahid oldu bu kişi,Nə qədər tufanlaraşahid oldu bu kişi,Öz milləti yolundaşəhid oldu bu kişi, —Arzuları müqəddəs,ruhu təzə, tər yatır,Görən torpaq bilirmi,qoynunda Heydər yatır?
Durna qatarı kimiarzusu səf-səf oldu,Qibləsi xalqa doğru,millətə tərəf oldu,Uyuduğu torpağaəbədi şərəf oldu, —Bu yurda arxa, dayaq,bu xalqa rəhbər yatır,Görən torpaq bilirmi,qoynunda Heydər yatır?
Dağın, daşın, qayanınqəddi bükülüb gedir,Yurdun, elin, obanınbağrı sökülüb gedir,Gözümüzün yuxusuərşə çəkilib gedir, —Hər kəsin ürəyindəsonsuz bir kədər yatır,Görən torpaq bilirmi,qoynunda Heydər yatır?
Bu qışa, bu bahara,bu yaya bir də gəlməz,O, çeşmədən süzülüb,bu çaya bir də gəlməz,Tayı, hökmü, oxşarıdünyaya bir də gəlməz, —Yaddaşı bir möcüzə,sinəsi dəftər yatır,Görən torpaq bilirmi,qoynunda Heydər yatır?
Oğulsan, zəhmətə sal,el yolunda üz ömrü,Hamı yaşaya bilmirbir ömürdə yüz ömrü,Allah hamıya vermirbelə ölümsüz ömrü, —Tanrının yaratdığıən böyük əsər yatır,Görən torpaq bilirmi,qoynunda Heydər yatır?
Bu gün Heydər yatan torpaqYatana rəhmət yeridi.Oxunur Allah kəlamı,Adətə hörmət yeridi.
Adı Fəxri xiyabandı,Millətindən bir nişandı.Xalq özünü tanımaqçünƏsl ibadət yeridi.
Asta yeri, asta danış,Ey bu yerdən keçib-gedən.Unutmayaq borcumuzu,Ruhlara diqqət yeridi.
Durul, saflaş, müqəddəsləş,Ömrü yaşa ömür kimi.Həyatdan dərs almaq üçünGüc yeri, qeyrət yeridi.
Burda görüş, burda diləÜrəyindən keçən nə var.Burda səni Haqq eşidər,Sevgi, mərhəmət yeridi.
Ruhu şad, torpağı yüngül,Yeri daim cənnət olsun.Birlik üçün bura bizəƏbədi sərvət yeridi.
Məkkənin də, Kəbənin dəYeri var gözlər üstündə.Bura mənim xalqım üçünYeni ziyarət yeridi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-goren-torpaq-bilirmi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömrüm boyu yol yeriyəm, yol gedəm,Arzularım dağdan-dağa boylana.
Təzələ ruhumuQışından quşbaşı qar göndər mənə,Yazından bir çəmən var göndər mənə.
Bəzənin qızlar, bəzəninYenə toylar yaxınlaşır,Bəzənin qızlar, bəzənin.
DivaniMən deyirəm bu məclisdə könül şad olmaq üçün,Nahaq yerdən hiylə qurub, hay salan əyləşməsin.
Стихи других поэтов · О родине
Bu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
ای نام تو در شهر به خوبی مشهوروصل تو تمنای هزاران مهجور