Yaralı qoşmalar
Vaqiflə Vidadi deyişməsidi,Kimi ağlatmadı, kimi, bu dünya?Məclisin, söhbətin şirin yerindəQırdı sazımızda simi bu dünya.
Uyu, bu qəmlərin içində uyu,Daşınmaz dərdlərin qırx arşın quyu,Bostanın üstünə çatmamış suyu,Uçurdu dəhnəni, himi bu dünya.
Toyundan min dəfə çox oldu yası,Yaslı ürəklərin açılmaz pası,Yoxsa xilaskarı, yoxsa xilası,Batmış bir gəmidi, gəmi, bu dünya.
De, hansı gününü xoş gətirəcək,Hər yerdən əlini boş gətirəcək,Elə yaş üstünə yaş gətirəcək,Qurutmaz yanaqda nəmi bu dünya.
Min bir bəhanəsi, min bir fəndi var,Acı zəhəri var, şirin qəndi var,Bir əcəl deyilən qıfilbəndi var,Buraxmaz fürsəti, çəmi bu dünya.
Aşıq, ağlat məni, dolum, boşalım,Əridi, qəlbimin yağımı qaldı?Yaşıl bostanımın, yaşıl bağımınKökdən üzülməmiş tağımı qaldı?
Külək qəfil əsdi, ağır gəldi qış,Üzlərdən qəm yağdı, gözlərdən yağış,Tufan dağıtmamış, xəzan vurmamışÖmrümün bağçası, bağımı qaldı?
Suyu zəhər oldu içilən camın,Tükəndi piltəsi əriyən şamın,Saralan günəşin, solan axşamınQara saçlarında ağımı qaldı?
Arzular, diləklər düşdü dərbədər,Ağrılar əlində ömrümüz hədər,Bizim canımıza amansız kədərCəlladmı kəsildi, yağımı qaldı?
Yüz də göz yaşı tök, yüz də ağla, yan,Əlacı tapılmır üzüləndə can,Gördü öz işini qoca dəyirman,Elin xəstəsimi, sağımı qaldı?
Ələndik, gözündən keçdik ələyin,Əlində yem olduq qarın, küləyin,Bizə qan ağladan qanlı fələyinQəlbə çəkilməmiş dağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin,Dərdimiz ağırdı, yaramız dərin,Karvanı köçdüsə dədə Heydərin,Daha deyib-gülmək çağımı qaldı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yarali-qosmalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömür nədir? Dünən çiçək, bu gün qar,Ötən yazın, gələn qışın mübarək!
Sabah sizin olmayacaqGülüşü əsirgəməyin dodağınızdan,İçənlər qoy ovuc-ovuc içsin.
Dolu getdim, dolu gəldimSəfər etdim söz dalınca,Dolu getdim, dolu gəldim.
Yar qoşmasıAxşamüstü yar yanına gəlirdim,Yar get dedi, yar get dedi, neyləyim.
Стихи других поэтов
Can nəqdin əgər etsən,Ey şux, təmənnasən,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,