Beş ay illər qədər uzandı getdi,Beş ayda bir dəfə görmədim səni.Bəlkə, durna kimi üfüqlərdəsən,Boylandım o səfə, görmədim səni.

Gözləmək dünyanın ən ağır yükü,Həsrətdən ağardı başımın tükü.Baxmaqdan saraldı gözümün kökü,Baxdım sən tərəfə, görmədim səni.

Bahar görünərdi qarlı qış mənə,Muştuluq verərdim dosta, düşmənə.Şərəf gətirərdi bu görüş mənə,Çatıb o şərəfə, görmədim səni.

2001, 11 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов