Ana, məhəbbətin ocağa dönsə,Gözünü saxlaram gözümün üstə.Qoymaram bircə gün çatıla qaşlar,Gözünü saxlaram gözümün üstə.

Ürəyim eşqinlə doludur, dolu,Dəyməz bu sevgiyə nə qar, nə dolu.Öpərəm hər axşam keçdiyin yolu,İzini saxlaram gözümün üstə.

Sən ki bağbanısan körpə güllərin,Qəm yemə, ağarsa qara tellərin.Yetmişi, səksəni azdır illərin,Yüzünü saxlaram gözümün üstə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви