Gedişin tükətdi bərəkətimi,Sanki yellər gəldi, sellər apardı.Ayaz şillə çəkdi yanaqlarıma,Qazdı, torpağımı bellər apardı.

Olsam da dünyanın sərti, mətini,Nə bilim hardadı işin çətini.Bizim eşqimizin səadətiniFitnələr taladı, fellər apardı.

Bilmədim çoxunu, azını eşqin,Çəkdim ömrüm boyu nazını eşqin.O qədər çaldım ki, sazını eşqin,Əlimi sim yedi, tellər apardı.

1976, 30 iyun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви