Qurd
Tülküdən hiyləgər olan bir ovçu,Bir qurdu öldürüb, mükafat aldı.Bilmədi nə qədər böyükdür suçu,Beynimə qan vurdu, qanım qaraldı.
Qurdun nə qovğası, nə cəfası var?Fitnəyə, fəsada yad deyilmidir?Deyirlər, qurdlarda it vəfası var,İtlərin əcdadı qurd deyilmidir?!
Çox da qoyun sevir çobanlar kimi,Saf-çürük etmirmi, bilənlər desin!Qurdun pulu varmı, insanlar kimi,Hər səhər bazardan ət alıb yesin?
Ahıldan ahıldır, ağırdan ağır,Çaqqallar adına qara yaxıbdır.Üzündən, gözündən igidlik yağır,Kim durub diqqətlə ona baxıbdır?!
Məğrur, əzəmətli, həssas, vüqarlı,Sevgi nə, yavru nə duyan canlıdır.Bütün canlılardan o, etibarlı,Bütün canlılardan istiqanlıdır.
Yetim körpələrin dadına yetmiş,Atalar, qurdlarda var ağıl, deyir.İnsan balasına dayəlik etmiş,Məşhur “Mauqli”yə kim nağıl deyir?!
Ayılar, pələnglər, fillər, ərinməz,Təlxəklik eyləyər hər gecə sirkdə.Yeganə qurddur ki, orda görünməz,Dolanar dərədə, dağda, gədikdə.
Yurddaşlar yaşadar yurdu, Xəndanım,Qurd ürəklilərin aləmi yurddur!Gözündən ayırma qurdu, Xəndanım,Sənin ulusunun totemi qurddur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-qurd
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Yenə, ey gözləri məftun, sənə məftunəm mənYenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.