Dünyanın müxtəlif ölkələrində fəaliyyətgöstərən erməni təşkilatları Dağlıq Qarabağməsələsi ilə bağlı ABŞ-ın prezidenti Bill Klin-tona məktub yazıb, haqq-ədalət tələb etmişlər.

Yox, bu düşmən elə-belə düşmən deyil,Tutduğundan xəcil deyil, peşman deyil.Bir balaca üz verirsən, astar gəzir,Dost itirib, təzə-təzə dostlar gəzir.Əməlindən heç utanıb, ar eləmir,Yer üzünün millətləri dilə gəlib,Yenə ona kar eləmir!Zor deyir ki, ədalətəm!Şər deyir ki, həqiqətəm!Kin deyir ki, məhəbbətəm!Şər axtaran, böhtan gəzən.Qolu qıran, başı kəsən,Addımbaşı haqqı əzən,Haqq-ədalət tələb edir!

Ömrü boyu güvəndiyi bir ölkədən kömək umur,Həm işıqdan, həm kölgədən kömək umur,Hər niyədən, hər bəlkədən kömək umur.Ürəyinə damıb nəsə,Daha möhkəm haray salır,Daha möhkəm düşür səsə!Həqiqəti başa düşənƏtəyini kəsib atır, əllər daha boşa çıxır,Yollar daha daşa çıxır.Yetmişillik, səksənillik,Qəzəb dolu, nifrət dolu,Məkr dolu, hiddət dolu,Şişirdilmiş təbliğatın,Qan üstündə çalxalanan bir həyatın,Axır yolu başa çıxır!Həqiqətlər dalğalanır dəniz kimi,Dalğaların dimdiyində uydurmalar saman çöpü.Zəhərlənmiş beyinlərin,Şişmanların, harınların,Üfürülmüş qarınların yavaş-yavaş yatır köpü!Zaman-zaman kürəyimə bıçaq olan,Beyni-başı xəstə olan, naçaq olan,Düşmən kimi alçaqdan da alçaq olan,Dalaşanda barışmağa üz qoymayan,Xeyirxahlıq meydanındaBircə addım, bircə qarış,Addımını düz atmayan,ayağını düz qoymayan,Yersiz gəlib, yer istəyən,Göysüz gəlib, göy istəyən,“Bəsdir” – demək ləyaqəti çatışmayan,İstədikcə, hey istəyənBaxıb sağa, baxıb sola –Özü haqsız ola-ola,Haqq-ədalət tələb edir!

Bu tərəfdən Qarabağa dikib gözün,O tərəfdən qədim Qarsa.Özündə bir qeyrət yoxdur,Hey yalmanır, yaltaqlanır,Bir gün rusa, bir gün farsa.Allah mənə qənim olsun,Bu millətdə ağıl adlı bir nemətdənZərrə qədər əsər varsa!Torpağımın hesabına torpaq olan,Dövlətimin hesabına dövlət olan,Nə ruhunda yaxşılığa hörmət-izzət,Nə qəlbində insaf olan, mürvət olan,Axır gəlib, bizdən ötrü dəhşət olan,Arxalanıb tülküsünə, ayısına,Arxalanıb əmisinə, dayısına,İndi gəlib üstümüzə şeşələnir.Yalan kitab, yalan tarix yazmaq üçün,Yazılanı öz xeyrinə yozmaq üçün,Qələm ilə qəbrimizi qazmaq üçün,Gecə-gündüz arxivlərdə qurdalanır, eşələnir!Düzü tərsə yaza-yaza,Bizə quyu qaza-qaza,O millətdən, bu millətdən,O dövlətdən, bu dövlətdənHaqq-ədalət tələb edir!

Pərpətöyün toxumudur,Səhra bilməz, çəmən bilməz,Qürbət bilməz, vətən bilməz,Hara atsan, orda bitər!Ona-buna tor toxuyar,Toxuduğu torda bitər!İnsanları qəbirdə də rahat qoymaz,Xortdan olar, gorda bitər!Yüngülcə bas ayağını,Hay-həşiri göyə çıxsın.İkicə gün qonaq saxla,Ev-eşiyə yiyə çıxsın.Qəlbimizə yol axtarar,Qarmağını atmaq üçün.Qapımızda köpək olar,Məqsədinə çatmaq üçün.Səhl-Sumbat basmadımı duz-çörəyi,Ulu Babək XürrəminiMötəsimə satmaq üçün?!

O zamandan sata-sata gəlir elə!Günahlara bata-bata gəlir elə!Şər bayrağı, böhtan andı,Yeri-göyü bir-birinəqata-qata gəlir elə!Səhl-Sumbat dönüb bu günLalayana, Balayana, Petrosyana.Dünya deyir sən haqsızsan,Yenə çəkir Petros yana,Haqq-ədalət tələb edir!

Nə zamandır ara vermirqanıma susayan cəllad,Özünü bir qalib sayırqanımı su sayan cəllad!Elə bilir mən balığam,o da tordu,Məndən ötrü tor toxuyankəmfürsətdi, gorbagordu.Elə bilir o bir ovçu, mən də ovam,O, iştahdı, o, tamahdı, mən plovam.Nə istəsə, yeyə bilər!Nə istəsə, deyə bilər!Dünya onun nazı iləoturmalı, durmalıdır,O da gəlib qan üstündəDənizlərdən-dənizlərə Ermənistan qurmalıdır!Sui-qəsddən, təxribatdan ləzzət alan,Üzdə gülüb, altdan-altdan quyu qazan,Yer üzünün neçə-neçə ölkəsindəpusqu quran,Şəhərində, bölgəsindəpusqu quran,İşığında, kölgəsindəpusqu quran,Nifaq salan, ara vuran,Qafqaz adlı bir cənnətinNeçə yerdən ürəyinə, kürəyinə,zərbə vuran, yara vuran,Nə qocaya, nə uşağa,nə qadına rəhm etməyən,Gəlinlərin naləsinə,Körpələrin fəryadına rəhm etməyən,Ona-buna məndən yaman qandıranlar,Məni kənd-kənd, şəhər-şəhər yandıranlar,Həqiqəti boğazından asdıranlar,Qocaları, uşaqları diri-diri basdıranlar,Düz Bakının ortasındaBir həftədə otuz mini qırdıranlar,İkicanlı qadınlarınQarnındakı körpələri xəncər ilə yardıranlar,Qundaqları cidaların şiş ucunda oynadanlar,İnsanların boğazına tökmək üçünQır qazanı qaynadanlar,Əsirləri daş-divara mıxlayanlar,GirovlarıZirzəmilər zülmətində saxlayanlar,Paris deyib uça-uça,Moskvaya, Nyu-Yorka qaça-qaçaXəyanətlər, cinayətlər meydanındaİstəyir ki,Daha geniş əl-qol aça.Daha geniş əl-qol üçün,Ən məkrli bir yol üçünHaqq-ədalət tələb edir!

İrəvanı Yerevana,Qızılqoçu Qukasyana çevirənlər,Hamamlını Spitaka,Düzkəndini Axuryana çevirənlər,Həqiqəti öz himindən uçuranlar, devirənlər,Basarkeçər mahalını Vardenisə döndərənlər,Zəngəzurun, Ağbabanın ocağını söndürənlər,Üçkilsəni Eçmiadzin,Şəmşəddini Berd edənlər,Hər allahsız dəyişməniAzərbaycan xalqı üçün bir çəkilməz dərd edənlər,Neçə-neçə ad dəyişən,Hər dəyişən adımızla tam dəyişən, dad dəyişən,Nəsil-nəsil, tayfa-tayfa,Soy adıma, yer adıma, göy adıma,Xan adıma, bəy adıma,Tariximə, soyadımaTez-tez qılınc endirənlər,Bizə xain gözlə baxıbDüşmən kimi dindirənlər,Millətimə qənim olub,Xalqıma qan udduranlar,Cavidimi, Cavadımı,Müşfiqimi tutduranlar,Qarlı Sibir şaxtasındaƏsim-əsim əsdirənlər,Üzümüzə gülə-güləBaşımızı kəsdirənlər,Stalinə, Beriyaya güvənənlər,Şaumyandan, Mikoyandan güc alanlar,Özgəsinin nəzərində alçaldıqcaÖz gözündə ucalanlar,Fəlakəti üstümüzə qoşun kimi yeridənlər,Düz deyəni düzdə qoyubHaqq deyəni kiridənlər,Gözlərimiz baxa-baxa –Bizə qara yaxa-yaxaHaqq-ədalət tələb edir!Ey Əhrimən, Ərməniyyə,ən nəhayət, Ermənistan!

Sənin əlinlə yazılıbMənim qəmli tariximə neçə-neçə qanlı dastan!Kül üfürmə gözümüzə,Eçmiadzin din mərkəzi deyil bu gün,Od üstündə sursat, silah mərkəzidir!Gödən yırtan artıq tamah mərkəzidir!Bağışlanmaz ağır günah mərkəzidir!Şeytanların, iblislərin yuvasıdır!Naqislərin, xəbislərin yuvasıdır!Eçmiadzin din mərkəzi sayılsaydı,Haqqın adı gələn zaman ayılsaydı,Eçmiadzin bilsəydi ki, Allah nədir,Taqsır nədir, günah nədir,Onda mənim məscidimi,Quranımı, kitabımı yandırmazdı!Könül adlı rübabımı sındırmazdı!Nə evimi, nə damımı yandırmazdı!Məscidlərə saman təpib,Mənim min-min adamımı yandırmazdı!Neçə konsul, neçə səfir,Neçə paşa öldürənlər,Silahları olmayanda basıb daşa, öldürənlər,Tez-tez gedir səfərlərə.Ağız açır hər dövlətin rəhbərinə,Ağız açır səfirlərə,Xeyrimizə danış deyib,Haqq-ədalət tələb edir!

Haqq-ədalət tələb elə, qarı düşmən,Ala düşmən, sarı düşmən!Haqq-ədalət tələb elə, onu-bunu şərləməyə!Kimlərisə çərlətməyə, kimlərisə çərləməyə!Dola bizi barmağına!Keçir bizi qarmağına!Əyriyə düz, düzə tərs de!

Qarabağın tarixindən bizə dərs de!De ki, burda yerli-dibliPənah adlı xan olmayıb!İbrahim xan rəvayətdi, əfsanədi,De ki, burda Seyid, Cabbar, Üzeyir bəy,Zülfü, Bülbül, Xan olmayıb!Bəlkə, elə sən vermisənŞuşadakı bulaqların adını da!Sən vermisən bulaqların dadını da!Saxsı bulaq, Yastı bulaq, Çarıq bulaq,Bu gün hamısı sənə yaxın, səndən uzaq!Sən çəkmisən, bəlkə, İsa bulağını,O zəhmətə sən açmısan qucağını?!Qırxpilləkən, bəlkə, sənin dilindədir?Sarıbaba dağları da, Alagöllər yaylağı da,Qırxqızdakı o ilahi mənzərə də,Laçındakı dağ-dərə də,Yağlı bulaq, Keçili dağ, Novlu bulaq,Bəlkə, sənin dilindədir!Bəlkə, elə Xan qızının xanlığına şəkk edəsən?!Saxta-saxta tarix yazıb,Qara-qara daşlar üstə həkk edəsən?!Həqiqəti susdurasan,O daşları yer altında basdırasan?On il sonra haray-həşir salmaq üçün,On il sonra yeni qisas almaq üçün,Tarix mənəm, kitab mənəm demək üçün,Hər suala cavab mənəm demək üçün,Yer altında batıb qalmışSərvət mənəm demək üçün,Millət mənəm demək üçün!!!

Bu ağılla, bu əməllə,Qanlı başla, qanlı əllə,Haqq-ədalət tələb elə!

Dayan bir az, yaman qonşu,Hər niyyəti zülmət qonşu, duman qonşu!Mərə kafir, qəddar düşmən, ayaq saxla,Mürgüləmə, şüurunu oyaq saxla!Dediyimi yaxşı eşit, yaxşı anla,Bəsdir daha, gəl oynama nahaq qanla!Yüz ildir ki, tarix sözü sənə verib,Yüz ildir ki, şər qüvvəti sənə verib,Ələ düşən hər fürsəti sənə verib.SSRİ adında bir bəla vardı,SSRİ adında bir qala vardı.Kəsmişdilər dörd yanımıhasar ilə, çəpər ilə,Kəsmişdilər ətrafımı süngü ilə,sipər ilə.Ürəklərdə 37 vahiməsi,Batırırdı qəlbimizdən gələn səsi.O da elə bir dövrandı,o da elə bir gün idi,Kim ucadan danışdısa,yeri ancaq sürgün idi.Aşağı da, yuxarı da sənin idi,Zəmanənin axarı da sənin idi.Yapışmışdın üstümüzə şirə kimi,Daraşmışdın gövdəmizə birə kimi.Özün üçün bir tələb də yaratmışdın,“Geri çəkil, yer mənimdi Kürə kimi!”Neçə-neçə gizli plan sənin idi,Neçə-neçə qızıl yalan sənin idi.Boğulurduq – dərya bizi eşitmirdi,Çağırırdıq – dünya bizi eşitmirdi,Qovrulurduq – səhra bizi eşitmirdi.Mənliyimi əzə-əzə, sıxa-sıxa,Zindan, ölüm qoymurdu ki, səsim çıxa.Eşitmirdi lopabığın qulaqları,Millətimin hesabına çoxalırdı,Qanlı Sibir zindanları!Qanlı Sibir dustaqları!Bu gün daha dünən deyil,MÜSTƏQİLDİ AZƏRBAYCAN!ÖZ YOLUNDAN DÖNƏN DEYİL!Daha bizim dalğamızı yatırmağa,Sənin gücün çatmayacaq!Öz haqqını qaytarmasa,Azərbaycan yatmayacaq!Düz bir əsr tarix sözü sənə verdi,Bu gün daha söz mənimdir!Təbiətin üç rəngiylə naxışlanmışQaldırdığım qanlı bayraqXilaskarım, yelkənimdir!Lap allahlıq eləsə də, tez tükənir şərin gücü,Həqiqətə söykənəndəQar içində donmaz olur,Buz içində sınmaz olur,Od içində yanmaz olur eşqin gücü, ərin gücü!Şər oğlu şər, lənət sənə!Səksən ildə istəyindən, tələbindən bezdi bəşər,lənət sənə!Sənə nifrət, sənə lənət mənəm bu gün!Sən gəzdiyin haqq-ədalətSən deyilsən, mənəm bu gün!Dünən bizi yazıq görüb,Başımızı pozuq görüb,Moskvanın əli iləBaşsızları bu millətə baş qoydunuz!Bağrımıza köz basdınız, gözümüzəyaş qoydunuz!Evimizin içindəcə yerimizi boş qoydunuz!Vətən nədir, millət nədir, torpaq nədir?Namus nədir, əsgər nədir, bayraq nədir?

Bu ilahi duyğulardan çox-çox uzaq olanları,Siyasətdə körpə uşaq olanları,Təntənəylə, dəbdəbəylə gəlib taxta çıxartdınız!Həqiqət biz ola-olaBizi yalan çıxartdınız, bizi saxta çıxartdınız!Yuxarıdan gələn rəhbərAşağıdan xəbərsizdi.Öz haqqını dərk etməyənQeyrətsizdi, təpərsizdi!Eşit məni, ürəyi dar,Eşit məni, qulağı kar!Bil ki, daha bu millətin, bu dövlətinsahibi var!Yer üzünün aliməqam məclisindəErmənistan təkləndisə,Siyasətin meydanında töhmət ilə yükləndisə,Bu gün sənə boyun əyən olmadısa,Bu gün sənə haqlı deyən olmadısa,Güvəndiyin o dağlara qar yağdısa,Yaxınlara, uzaqlara qar yağdısa,Bu, yüzillik günahların cavabıdır!Gödən yırtan iştahların cavabıdır!Əvvəl-əvvəl boşqabımı yalamağın cavabıdır!Sonra məni quduz kimi dalamağın cavabıdır!

Şamaxıda, Lənkəranda, Naxçıvanda,Axıtdığın al-qanların cavabıdır!Bakı, Göyçay, Gəncə boyuQaldırdığın tufanların cavabıdır!Quba, Şəki, Şirvan boyuNalələrin, üsyanların cavabıdır!Qəsbkarlıq, xilaskarlıq donu geyib,Dalğa-dalğa üstümüzə axın olub.On səkkizlə otuz səkkiz arasındaİtkilərim bir milyona yaxın olub.

Bu, adicə itki deyil,Gen yaddaşı, qan yaddaşı məhv edilmişNeçə nəsil, neçə insan itirmişik!Qansız düşmən qan-qan deyib,Nə qədər qan itirmişik!Hər ölənlə, hər itənləParça-parça, hissə-hissə,AZƏRBAYCAN İTİRMİŞİK!Yada saldım keçmişləri,Oda döndü sinəm bu gün.Göydə Allah, Yerdə bəndə bilməlidir,Haqq-ədalət mənəm bu gün!

Xocalıdan sonra yenə sən haqq tələb edirsənsə,Şər üstündə addım atıb, qana doğru gedirsənsə,Bağrımızı quduz kimi sökürsənsə, didirsənsə,Tərəzini zor gücünə öz xeyrinə əyirsənsə,Ağ yalanı bayraq edib böhtan donu geyirsənsə,Üzün gəlib, dilin tutub yenə haqdan deyirsənsə,Haqqın əli çənəsində baxa-baxa qalırsa mat,Çaxnaşmalar caynağındaÜrəyimiz parçalanıb yeddi yerdən verirsə çat,Öz gücünü göstərmirsəÇərxi-gərdiş, Tanrı, həyat,İçərimdən haray qalxır,Ürəyimdən gəlir bir səs:Mənim haqqım necolsun bəs?!

Belə getməz, yavaş-yavaş qanlı sular durulacaq,Nə zamansa sənin üçünBir Nürnberq məhkəməsi qurulacaq!Nə günahın sahibisən,Bir-bir səndən sorulacaq!Zaman yerdə qoymayacaq bu ahları,Tanıdacaq bədxahlığı, bədxahları!

Həqiqət öz qılıncını sıyıracaq,Günahı da, savabı da,Sualı da, cavabı daBir-bir seçib ayıracaq!Cəlladı da, qəssabı da, qatili də göstərəcək!Doğrunu da, ağrını da, əzabı da göstərəcək!Zaman özü ayırd edir yaxşı-pisi,Ortalıqda bir qaranlıq pərdə qalmır.Tarix verir hər sualın cavabını,Heç bir xalqın nahaq qanı yerdə qalmır!Şər allahı allahsızlıq eləsə də,Heç bir zaman xeyrin haqqı şərdə qalmır!Yer üzünün fövqəlbəşər dövlətindənHaqq-ədalət istəyən kəs –Ver sualın cavabını,Mənim haqqım necolsun bəs?!

Əlin batıb millətimin al-qanına,Gələcəksən sorğu-sual meydanına,Gəlməsən də, axıtdığınnahaq qanlar gətirəcək!Sərt hakimlər, haqq divanlar gətirəcək!Anaların ahı səniduman kimi bürüyəcək!Körpələrin ruhu səniarxasınca sürüyəcək!İlan kimi dolanacaq boğazına,Törətdiyin bəd əməllər!Boğazından yapışacaq qanlı əllər!Yatan kimi yuxuda qan görəcəksən!Qalxan kimi qan içində Ermənistan görəcəksən!Kəsiləcək ümidlərin, kəsdirdiyin qollar kimi!Bağlanacaq qapıların, bağladığın yollar kimi!Bir Daşaltı harayına kar olacaq qulaqların!Orda ölən oğulların haqq-hesabı sorulandaquruyacaq dodaqların!

Sındırdığın könüllərin,Soldurduğun tər güllərin,Saraltdığın çiçəklərin,Sındırdığın beşiklərin,Yandırdığın bələklərin,Öldürdüyün qocaların,Kor qoyduğun bacaların,Ola bilməz sözü hədər,Ola bilməz cəhdi əbəs.Bir-bir səndən soruşacaq:Mənim haqqım necolsun bəs!

Haqq-ədalət yerdən dərin, göydən uca,Bu sözlərin özü qədim, yaşı qoca,Haqqın yolu hamar olmur,Dağa düşür, daşa düşür.Heyif, onu olduğutək dərk eləmir,Öz xeyrinə yozmaq üçünHərə bir cür başa düşür!Haqq yolunda zaman-zamanDöyüş olur, savaş olur.Ona çatmaq qəfil olmur,Gediş yavaş-yavaş olur.Əzənin yox, əzilənin,Kəsənin yox, kəsilənin,Yıxanın yox, yıxılanın,Əsarətin pəncəsində sıxılanın,Nizələrə, süngülərə, cidalara taxılanın,Tərəfində dayanandaMəcrasından aşıb-daşır,Haqqın gücü allahlaşır!Nə zaman ki, səs qaldırır,Dünya haqqa tərəf olur,Millət onda millət olur,Şərəf onda şərəf olur!

Nə zaman ki, şərəfsiziÇəkir məhşər ayağına,Haqq çevrilir dayaqsızın,Arxasına, dayağına!Kütlə xalqa, xalq millətə, millət bəşərə çevrilir!Həqiqətdən qüvvət alıb,Hər oğul bir sərkərdəyə, hər igid ərə çevrilir!Bayaq sənə nifrət dedim yaman qonşu,Yandırmısan, yandım dedim,vallah, məndə günah yoxdur!Yetim qalmış körpələri,üzüntülü duruşları,Ağrı ilə, əzab ilə,tale ilə vuruşları,Doxsan yaşlı bir qarınınalnındakı açılmayan qırışları,Umuları, küsüləri, savaşları, barışları,Bircə-bircə andım dedim,vallah, məndə nifrət yoxdur!Paralanmış beyin gördüm,qan içində ilik gördüm,Baş-bədəni parça-parça,qolu çilik-çilik gördüm.Yer üzündə görünməmişamansız vəhşilik gördüm,Heyrətimdən dondum, dedim,vallah, məndə nifrət yoxdur!

Millətimi Tanrı belə xəlq eləyib,Sevgi adlı zirvələrə qalxa bilir,Nifrət adlı uçrumlara düşə bilmir.Dərd əlindən eşim-eşim eşilsə də,Quyu qazıb, ayaq altı eşə bilmir!Alçaqlığı, rəzilliyi, bədxahlığıÖz ömrünə sənət bilmir, peşə bilmir!

Dünya hərdən qarışanda,Zəmanənin üzü dönüb,Vaxtın alnı qırışanda,Qoymamışıq qonşulara xətər dəyə.Gizləmişik evin xəlvət bucağında,İsitmişik qəlbimizin ocağında,Sonra gedib iş-gücünəVarımızın hesabına qonşu evi abad olub!Qonşu yenə rahat gəzib, azad olub!Ara bir az qarışantəkDönüb yenə bizdən ötrübaş kəsdirən cəllad olub!Pis qonşudan qazancımızNalə olub, üsyan olub, fəryad olub!Yüz illərlə tikdiyimiz, qurduğumuz,Hər daşına, kərpicinə,özümüzü yorduğumuz,Yurd-yuvamız, el-obamızXilaskarı olduğumuzqonşuların əlləriyləYana-yana külə dönüb,itib-batıb, bərbad olub!Biz yenə də üz tutmuşuqsevgi adlı ibadətə,Biz yenə də üz tutmuşuquca duran məhəbbətə.Allah kimi səcdə qılıb əl açmışıqİnsanlığa, ləyaqətə!

Bayaq sənə nifrət dedim, yaman qonşu,Sanma meylim sənə qarşı nifrətdədir!Nifrət ilə heç kəs şərəf qazanmayıb,Şərəf ancaq sevgi adlı qüdrətdədir!

Artıq tamah baş sındırar, bədən yırtar,Qol qırdırar, göz tökdürər, gödən yırtar.

Heç bilmirəm şər özünü nədən yırtar,Xeyirxahlıq insanlığa xidmətdədir!

Dərk eləsən insaf ilə, vicdan ilə,İnsan ancaq xoşbəxt olur insan ilə.Sənin qəlbin him-cimdədir şeytan ilə,Mənim qəlbim Allah ilə vəhdətdədir!

Sevgi uçar, qanadlanar ər dilində,O, işıqdı insanlığın hər dilində.Heç bir kəsə xeyir gəlməz şər dilində,Şər axtaran ömrü boyu zillətdədir!

Düzə haqdan yol verilir, izin olur,Son söz yenə həqiqətin, düzün olur.Məhəbbətin ömrü çox-çox uzun olur,Elə bilmə hünər zorda, qüvvətdədir!

Aralığa rəzil düşüb, alçaq düşüb,Vallah, bu qan ortalığa nahaq düşüb.Yurd yiyəsi öz yurdundan uzaq düşüb,Ev yiyəsi öz evinə həsrətdədir!

Səbəb nədir, niyə çıxır, niyə çıxır,Könül ahı tüstülənib göyə çıxır.Tarix qanı tökülənə yiyə çıxır,Qan tökənin adı daim lənətdədir!

Sağlam fikir sal daşları çapır bu gün,Çürük yalan öz kökündən qopur bu gün.Azərbaycan öz haqqını tapır bu gün,Bütün dünya ona qarşı diqqətdədir!!!1997, 1-11 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов