Toxluq-aclıq min illərin davasıdı
Ölkə geniş, torpaq böyük, dövlət ali,Yurd kimdədi, yer kimdədi, söz onundu.Toxluq-aclıq min illərin davasıdı,Sərvət kimdə, zər kimdədi, söz onundu.
Bu taledi, gah oyanar, gah da yatar,Bu bazarda kimi alar, kimi satar.Haqlıların haqqı haqqa çətin çatar,Güc kimdədi, zor kimdədi, söz onundu.
Güclüsənsə, səni dövlət sayacaqlar,Xoş sözünü eldən-elə yayacaqlar.Zəifsənsə, diri-diri soyacaqlar,Bu gün silah hər kimdədi, söz onundu.
2001, 15 iyun Vaşinqton
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-toxluq-acliq-min-illerin-davasidi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.
Qaraçı qızQaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
Ədalətİzhar ola gər pərtövi-ruxsari-ədalət,Dünyanı tutar büsbütün ənvari-ədalət.