Uçub gəldim, keçib gəldimkörpülər, çaylar üstündən,Qoca dünya bir tamaşa,insan oğlu bir səyyahdı.Kim yaratdı bir bu qədərdəryaları, dənizləri,İnsan bu işdə acizdi,tanrı bu sirdən agahdı.

Yaradanın yaratdığıbu ilahi qüdrət nədir,Göydən yağıb, yerdən bitən,bir bu qədər sərvət nədir?Sonsuzluğa, genişliyə,ucalığa heyrət nədir,Hardan bilək, nədən bilək,bilən ancaq bir Allahdı.

İnsanına, millətinə,cinsinə bax, irqinə bax,Bax, baxa bildiyin qədərqərbinə bax, şərqinə bax.O baş-bu baş dünyamızdasən zamanın fərqinə bax,Bizdə indi axşam düşüb,burda gülgün bir sabahdı.

2001, 17 iyun San-Fransisko

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви