Könlüm nəsibi çün ki, bəla qıldı yarədən,Tabi-bəla gətürmədi, can çıxdı arədən.

Çeşmimdən ey ğəzalə, fəraqində ağlasam,Pərkalələr düşər cigəri-parə parədən.

Könlüm qara qılur yüzini sənsiz ah ilən,Qurtar xuday içün məni bu yüzi qarədən.

Baş ağradur səhər bu müəzzin dedikləri,Yarəb ki, uçursun Tanrı anı minarədən.

Könlündə hiç rəhmi yox ol dilbərün, bəli,Mehri-giyah bitməz olur səngi-xarədən.

Bimarlıq nəhayətə yetdi, gör ey rəqib,Gorü kəfən yəraqı ki, iş ötdü çarədən.

Макта — последний бейт с тахаллусом поэта. Kirpikləri xəyalında, ey Kişvəri yenə,Bağrım bolub kəbabü asıldı qənarədən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви