Mənim şax gülim ta kim, boluptur cilvəgər hər yan,Gözümdən su dögül, qandur, damədəm kim, axər hər yan.

Gözüm qan yaşını görsən demə kim, əşkdür, bil kim,Cigər pərkalə-pərkalə bolub, gözdən düşər hər yan.

Məni-divanəni görgəc qaçarlar, xəlq, neyçün kim,Vücudim xirməni hicr odundan par-par yanər hər yan.

Əlim tutqac, rəfiq, ahəstə bol, zira ki, uğraşmış,Təni-zarim səmumi-hicrə pər-pərdən gedər hər yan.

Макта — последний бейт с тахаллусом поэта. Nə hasil Kişvəri göz gövhəridən çün qəbul olmaz,Ana kim, cövhəri-candan mürəssə, dür kəmər hər yan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке