Eylə kim, mən yanaram şəm’i-ruxi cananədən,Kimsədən bilməz ol mə’ni məgər pərvanədən.

Görmədim ta anədən doğdum ğəmində ruzi-xaş,Mən kimi bədruz daxı doğmayıbdur anədən.

Qamətin sərvi-rəvandur, dedim isə küsməgil,Bu məsəldür cani-mən kim, “doğru söz divanədən”.

Çün bilürsən halım, ey həmsayeyi-beyt-ül-həzən,Rəhm edib sürmə məni bu guşeyi-viranədən.

Ta səni gördüm mən, ey canü cəhanim afəti,Yüz ğəmü dərdü bəla gəldi mana hər yanədən.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri yaralidə demə cüdalıq dərdini,Olmaya ğəmgin ola bu suznak əfsanədən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов